Əsas Səhifə > Gündəm, Manşet > NAZİRİN MAŞINI YOLU KEÇƏN TURİSTİ VURDU

NAZİRİN MAŞINI YOLU KEÇƏN TURİSTİ VURDU


21-05-2012, 11:48
NAZİRİN MAŞINI YOLU KEÇƏN TURİSTİ VURDU

AZAD RƏHİMOV HADİSƏ YERİNDƏN BAŞQA BİR MAŞINLA UZAQLAŞDIRILIB

DİA.AZ: - Gənclər və idman naziri Azad Rəhimovun başına iş gəlib. Bu barədə məlumatı redaksiyamıza verən mənbə iddia edir ki, «Avroviziya» yarışmasının açılışı ilə bağlı təşkil olunan törənə tələsən nazir Azad Rəhimovun maşını həmin zaman Dövlət Bayraq Meydanının yaxınlığı ilə hərəkət edən və əslən Macarıstandan olduğu söylənilən turisti vurub.

Məlumatı DİA.AZ-a çatdıran hadisə şahidi bildirir ki, qəza zamanı nazirin özü də maşının içində olub: «Amma polislər dərhal naziri başqa bir maşina əyləşdirərək hadisə yerindən uzaqlaşdırdılar. Və nazir heç turistin durumu ilə də maraqlanmadı».

Turistin sağlıq durumuna gəlincə isə mənbəmiz bildirir ki, o, az xəsarətlə canını qurtarıb: «Yəqin ki, onun könülünü alıblar artıq. Yəni şikayətçi olmaz. Bizdə bu işi yaxşı bacarırlar. Çünki neçə gün hadisə ilə bağlı məlumatların veriləcəyini gözləsəm də, heç bir xəbər çıxmadı. Düşündüm ki, deməli, işi ört-basdır ediblər. Allah eləməsin, sıradan bir vətəndaşın başına bu iş gəlsəydi, indi onun nə hala düşəcəyini təxmin etmək çətin olardı».

Geri qayıt