Əsas Səhifə > Cəmiyyət > “BAŞDA İSTİQLALÇI DEPUTAT ARİF HACILI OLMAQLA”...

“BAŞDA İSTİQLALÇI DEPUTAT ARİF HACILI OLMAQLA”...


20-05-2012, 13:52
“BAŞDA İSTİQLALÇI DEPUTAT ARİF HACILI OLMAQLA”...

AZƏRBAYCANLI ALİM PREZİDENTƏ MÜRACİƏT ETDİ

DİA.AZ: - Azərbaycan Respublikası Prezidentliyinə keçmiş namizəd, Fizika-riyaziyyat elmləri doktoru, professor, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Qüdrət İsaqov prezident İlham Əliyevə müraciət edib. DİA.AZ redaksiyasına daxil olan müraciətin mətnində deyilir:

“Cənab prezident! Obyektiv reallıqlara istinad edərək hesab edirəm ki, başda istiqlalçı deputat Arif Hacılı olmaqla bütün vicdan məhbusları dərhal azad olunmalıdılar. İnsan hüquq və azadlıqları ugrunda mubarizə aparan vətəndaşlarımızın həbsxanalara salınması Azərbaycanın və Azərbaycan hökumətinin beynəlxalq imicinə ciddi zərbə vurur. 5 gün öncə həbsxanada və həbsxana xaricində vicdan məhbuslarının azadlığa buraxılması naminə baş verən aclıq aksiyaları ölkəmizdə keçiriləcək dünyanın ən böyük musiqi yarışmasının müsbət effektinə mənfi zərbələr vurur. Dövlət hakimiyyəti orqanlarının isə ümdə vəzifəsi dövlətin imicini qorumaq və onu istənilən neqativ hallardan mühafizə etməkdir.

Azərbaycan vətəndaşı, alim və ictimai-siyasi xadim olaraq, Avrovision yarışması öncə ölkəmizin imicinin zədələnməsi, Avropa mətbuatının sistemli şəkildə Azərbaycanı kəskin tənqid etməsi və aşağılaması məni ciddi şəkildə narahat edir.

Bütün bu deyilənlərlə yanaşı hər bir vicdan məhbusu bir ailənin başçısıdır. Ailələləri onlara və onların evə gətirdiyi çörəyə möhtacdır.

Ona görə də Sizdən xahiş edirəm başda istiqlalçı deputat Arif Hacılı olmaqla bütün vicdan məhbuslarını həbsdən azad edəsiniz!”

Geri qayıt