Əsas Səhifə > Gündəm, Manşet > FARS-MOLLA REJİMİNİN SAXTA «TƏBRİZLİ» OYUNU
FARS-MOLLA REJİMİNİN SAXTA «TƏBRİZLİ» OYUNU20-05-2012, 12:25 |
GÜNEY TÜRKLƏRİ ÖZ MÜSTƏQİL DÖVLƏTLƏRİNƏ ETİRAZ ETMİRLƏR DİA.AZ: - «Avroviziya» yarışmasına start verilməsi ilə İranın Azərbaycana qarşı təxribatları da intensivləşib. Əslində buna qədər də, yəni yarışma ərəfəsində də rəsmi Tehran Bakıya qarşı müxtəlif qaryaxmalarla kampaniya aparmağında idi. Keçən cümə günü də Azərbaycanın döyünən ürəyi, qədim və gələcək paytaxtımız Təbriz şəhərində İranın xüsusi xidmət orqanları tərəfindən ölkəmiz əleyhinə aksiya təşkil olunub. Onu da bildirək ki, DİA.AZ-a daxil olan məlumatlarda həmin aksiyanın yerli Təbriz camaatı tərəfindən boykot edildiyi də söylənilir və bu səbəbdən də fas-molla rejimi Təbriz sakinlərinin guya ki, müstəqil Azərbaycan dövlətindən narazı olduğunu diqqətlərə çatdırmaq məqsədilə saxta «təbrizlilər» hesabına öz aksiyalarının kütləviliyinə nail olmağa çalışır. Və nəticədə Tehrandan, İsfahandan və müxtəlif şəhərlərdən Təbrizə gələn farslar Təbriz camaatının adından Azərbaycan dövlətinə etiraz edirlər. Bildirək ki, bu məlumatı Güney Azərbaycandan olan soydaşlarımızdan biri redaksiyamıza çatdırıb. Belə bir növbəti aksiya ilə bağlı «AranNews» portalında yer almış məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: «Təbriz əhalisi cümə namazını qıldıqdan sonra "Saat" meydanıda toplaşaraq AR və Bəhreynin məzlum müsəlmanlarını dəstəkləməklə yanaşı, sözügedən ölkələrin rəhbərlərinin İslam əleyhinə addımılarını pislədilər və dünyanın ikinci şiə ölkəsində homoseksualların paradının ləğv edilməsini tələb etdilər. AranNews-in məlumatına əsasən, etirazçılar fars və azərbaycanca şüarlar səsləndirilməklə Azərbaycan və Bəhreyn rəhbərliyinin İslami dəyərlərə hörmətsizliyi və anti-İslam hərəkətləri pislədilər və bu ölkələrin liderlərini dərhal anti-İslam hərəkətlərindən əl çəkməyə və yenicə devrilmiş diktatorlardan ibrət almağa səslədilər. Həmçinin aksiya iştirakçıları Bəhreyn xalqının qiyamını dəstəkləyən plakatlar götürərək, Ali-Xəlifəyə, Ali-Səuda, Amerika və sonistlərə ölüm şüarları səsləndirməklə Ali-Xəlifə və Ali-Səudun cinayətlərinə qarşı öz ikrah hisslərini bildirdilər. Təbriz əhalisinin müxtəlif təbəqələrinin - tacirlər, müəllimlər, incəsənət xadimləri, ruhanilər, tələbələr, şagirdlər və s. - iştirak etdiyi mitinqdə “Azərbaycan oyaqdır, şiələrə dayaqdır”, “Azərbaycan milləti, qəbul etməz zilləti”, Azərbaycan dövləti, qarət edib qeyrəti” və s. şüarlar səsləndirərək, bir daha Azərbaycanın məzlum xalqına öz dəstəklərini göstərdilər. Təbrizli namazqılanlar əllərində Azərbaycanlı islamçıların və Qarabağın şəkilləri əks olunan plakatlar tutaraq, əqidə məhbusları və ermənilər tərəfindən işğal edilmiş Qarabağın azad edilməsini Azərbaycan hakimiyyətindən tələb etdilər. Aksiya iştirakçıları sonda bəyanat verərək, regiondakı bütün anti-İslam hərəkətlərə son qoyulmasını tələb etdilər. Bəyanatın bir hissəsində belə deyilir: "Bu günləri İslam dünyası dəyişdirici və çılğın hadisələr astanasında qərar tutmuşdur və bu hadisələrin hər biri bir növ nəinki, təkcə islami ölkələri, hətta bütün bəşəriyyətin taleyini dəyişməkdə təsir etmək gücündədir. Sözsüz ki, İran xalqının İslam İnqilabından sərçeşmə götürmüş regiondakı islami oyanış və xalq qiyamları müasir İslam tarixində bir dönüş nöqtəsidir və bu dünyanın hegemon və müstəmləkəçi dövlətlərini qorxuya salmışdır. Onlar və onların bəzi İslam ölkələrindəki həmkar və əlaltılarını hər gün yeni taktika planlaşdırmağa, İslam ümmətinin məsləhəti yolunda manelər icad etməyə məcbur edir. Bu arada onların ən çox qorxusu şiələrdəndir, ona görə də öz güclərini şiə ölkələri ilə qarşılaşmağa sərf edirlər. Hazırkı şəraitdə müsəlmanların və dünyanın bütün azadə insanlarının, əsasən də İran İslam xalqının ürəyini yaralayan İran İslam ölkəsi ilə qonşu olan iki strateji ölkənin başçılarının sionistlərə bağlı olmasıdır. Bir tərəfdən Qafqaz regionunda və dünyanın ikinci şiə ölkəsi olan Azərbaycan Respublikasında hər gün yeni formada zühur edən anti-İslam hərəkətlərin şahidiyik. Belə ki, bu hərəkətlər din həddindən aşaraq, hətta əxlaqi dəyərləri də ayaq altda qoymuşdur. Üstəlik bu siyasətlərə etiraz edənlər müxtəlif əsassız ittihamlarla həbsxanalara göndərilir. Digər bir tərəfdən isə Yaxın Şərqdə əziz Bəhreyndən faciəli və ürəkağrıdan xəbərlər gəlməkdə və tarix boyu şiələrin məzlumiyyətini bir daha göstərməkdədir. Bunun kənarında Bəhreyn xalqının qiyamını boğa bilməkdən ümidlərini itirmiş Ali-Səudun və Ali-Xəlifənin Amerika və sionistlərin fitnəkar planı ilə Bəhreyni Səudiyyə Ərəbistanına birləşdirmək hiyləsi onların digər bir acı taktikasıdır və bu məsələ müsəlman xalqlarının daha artıq sayıqlıq göstərməsini tələb edir"». Geri qayıt |