Əsas Səhifə > Hadisə, Manşet > MASALLI TORPAQ KOMİTƏSİNDƏ NƏ BAŞ VERİR?
MASALLI TORPAQ KOMİTƏSİNDƏ NƏ BAŞ VERİR?18-05-2012, 15:19 |
HAMİL HADİYEV REDAKSİYAMIZA MƏKTUB YOLLADI DİA.AZ: - Xəbər verdiyimiz kimi, Masallı rayonunda torpaqla bağlı yaranmış problem pik həddinə çatıb. Artıq bununla bağlı «Kanal Avropa»da yayımlanan «Azərbaycan Saatı» verilişində də geniş reportaj hazırlanaraq, yayımlanıb. Bundan bərk narahat olan rayon rəhbərliyi isə təcili tədbirlərə əl atsalar da, nəticə əldə edə bilməyiblər. Belə ki, Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin müdiri Hamil Hadıyevdən torpaqları zəbt etmək əməllərindən əl çəkməsini tələb etsələr də, qarşı tərəf buna əks reaksiya verib. Onun bu hərəkətlərinə qarşılıq olaraq işdən çıxarılması məsələsini gündəmə gətirən yerli İcra Hakimiyyəti bu istəyinə də nail ola bilməyib. Səbəb kimi isə Hamil Hadıyevin arxasında güclü adamların dayanması göstərilir. Bu barədə DİA.AZ-a məlumat verən mənbə bildirib ki, Hamil Hadıyevin bu qədər sərbəst və qorxusuz hərəkət etməsinin əsas səbəbi yeznəsinin Torpaq və Xəritəçəkmə Komitəsinin kadrlar şöbəsində mühüm vəzifə tutmasıdır. Təkcə indiki torpaq qalmaqalı ilə deyil, həmçinin bundan əvvəl də yeznəsi Hadıyevə sərbəst hərəkət etmək təminatı verib. Ona görə də, ondan edilən bütün şikayətlər yekunda qohumunun əlinə keçir və orada da ört-basdır olunur. Onu da bildirək ki, bu arada redaksiyamıza Hamil Hadıyevin adından məktub da daxil olub. Bildirək ki, başdan-ayağa anlaşılmaz cümlələrin ard-arda düzülməsindən ibarət olan məktubda Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Masallı raon şöbəsinin rəhbərinin nəyi demək istədiyini anlaya bilmədik. Başa düşüləni yalnız o oldu ki, Hamil Hadiyev yenə də öz mövqeyində qalır və qaldırdığımız problemin qanunlara uyğun olmadığını bildirir. Məktubunun sonunda isə vurğulayır ki, «rayon torpaq şöbəsi tərəfindən mütəmadi olaraq torpaq sahələrinin təyinatı üzrə istifadəsini, torpaqların qorunmasına nəzarəti bundan sonra da daim diqqət mərkəzində saxlayacaqdır. Nəzərə almağınızı xahiş edirik». Təbii ki, bizim bir KİV nümunəsi olaraq Hamil müəllimin istəklərini nəzərə almamağımız imkansızdır. Amma başa düşə bilmədik axı o, bizdən nə istəyir… Geri qayıt |