Əsas Səhifə > Hadisə > AZƏRBAYCANLA GÜRCÜSTAN ANLAŞDI
AZƏRBAYCANLA GÜRCÜSTAN ANLAŞDI18-05-2012, 14:19 |
XİN RƏHBƏRLƏRİ MONASTR PROBLEMİNİ ÇÖZÜB Gürcüstan-Azərbaycan sərhədində David Qareci monastırı ətrafında vəziyyət iki ölkənin xarici işlər nazirləri tərəfindən müzakirə edilib. Bu barədə “Vzqlyad” qəzeti məlumat yazıb. Bu mövzunu davam etdirmək üçün mayın 18-də nazirlər Qriqol Vaşadze və Elmar Məmmədyarov Çikaqoda NATO sammiti çərçivəsində görüşməyi qərara alıblar. Gürcüstan XİN qeyd edir ki, ölkənin tarixi və mədəni obyekti olan David Qareci abidəsi məsələsinin ortaya çıxmasına səbəb azərbaycanlı sərhədçilərin keşik çəkmə marşrutunu dəyişməsi olub. Tərəflər tezliklə problemin həlli barədə razılığa gəliblər. Mayın 20-də Gürcüstanın paytaxtında David Qareci monastırının müdafiəsi ilə bağlı etiraz yürüşü olacaq. Buna səbəb sərhədlər razılaşdırılmadan əvvəl mayın 6-dan ərazinin bir hissəsinin azərbaycanlı sərhədçilər tərəfindən tutulmasıdır. “David-Qareci müdafiəçiləri” qrupu yaradılıb. Qrup vətəndaşları bu aksiyaya cəlb edəcək, həmçinin 6 əsrlik tarixi olan bu nadir monastır kompleksin Azərbaycana aid olmasını tanıyan xarici işlər nazirinin müavini Nino Kalandadze və mədəniyyət və abidələrin qorunması naziri Niki Ruruanın bəyanatlarına etirazlarını bildirəcəklər. Aksiyanın təşəbbüsçüləri gürcü məmurların mövqeyini “əsassız, arqumentsiz və təhqirdici” hesab ediblər. Monastırı müdafiə edənlər cümə axşamı öz bəyanatlarında tələb ediblər ki, mayın 31-dək – müqəddəs Davidin xatirə gününün qeyd olunduğu tarixə kimi Azərbaycanla bu mövzuda bütün materiallar açıqlansın. Yürüş zamanı Azərbaycan səfirliyinin və Gürcüstan XİN-in qarşısında yürüşlər keçiriləcək. Aksiya sonrakı günlərdə də davam edəcək. Xatırladaq ki, Azərbaycan Tbilsinin 60 km. cənub-şərqində sözügedən monastırın ərazisində sərhəd postu qurub. Bu, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Gürcüstan-Azərbaycan komissiyasının işi başa çatdıqdan sonra baş verib. Rahiblərin sözlərinə görə, azərbaycanlı sərhədçilər gürcü turistləri kompleks ərazisinin bir hissəsinə buraxmırlar. Bu monastırın yerləşdiyi ərazini hər iki tərəf özününkü hesab edir, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya isə kompleksin məsələsinə baxılmasını təxirə salıb. Beş il əvvəl Gürcüstan prezidenti Mixail Saakaşvili bildirmişdi ki, yaxşı olardı ki, monastır bütünlüklə Gürcüstan ərazisində olsun, onun yaxınlığındakı strateji yüksəklik isə Azərbaycana məxsus olsun. Lakin məsələ indiyədək açıq qalır. Geri qayıt |