Əsas Səhifə > Gündəm, Manşet > YEVLAX QARAÇILARI BLOKADAYA ALINIB

YEVLAX QARAÇILARI BLOKADAYA ALINIB


18-05-2012, 12:23
YEVLAX QARAÇILARI BLOKADAYA ALINIB

ŞOK: AZƏRBAYCAN HÖKUMƏTİ QARAÇILARI 10 GÜNLÜK HƏBS EDİB

«Avroviziya» yarışması ərəfəsində ölkə paytaxtında dilənçilərə və cibgirlərə qarşı bir kampaniya keçirildi. Maraqlı idi ki, görülən tədbirlər rəsmi qaynaqlar tərəfindən də təkzib olunmadı. Hətta davamlı olaraq hüquq-mühafizə orqanları tərəfindən açıqlamalar verildi ki, Bakı şəhər Baş Polis İdarəsi və yaxud da hansısa rayonun polis idarəsi cibgirlərə və dilənçilərə qarşı reydlər keçirib.

Bunun isə «Avroviziya-2012» mahnı müsabiqəsi ilə əlaqəli olması da gizlədilmədi. Yəni belə bir təəssürat yarandı ki, hakimiyyətimiz beynəlxalq yarışma nədəniylə Bakının yolunu tutan turistlərdən utanmasın deyə qabaqlayıcı tədbirlər görür.

Ən maraqlı hadisə isə yevlaxda baş verib. Məlumdur ki, Yevlax rayonu əsas peşəsi dilənçilik olan qaraçıların ən sıx məskunlaşdığı bölgələrimizdən biridir. Hələ sovet dönəmlərində belə bu bölgədə qaraçılara qarşı çox ciddi tədbirlər həyata keçirilsə də, onların ümumi sosial həyata cəlb edilməsi mümkün olmayıb. Qaraçılar sovet dövründə belə dilənmək peşəsindən imtina etmədilər. SSRİ-nin özünə məxsus bayramlarında qaraçılar küçələrdə daha çox görünərdi ki, Azərbaycan SSR ərazisindəki bu kimi törənləri də qaraçı ilə əsasən Yevlax və Ağdaş rayonları təmin etməkdə idi.

Sovetlər Birliyi dağıldı və müstəqil Azərbaycan dövləti öz qaraçıları ilə baş-başa qaldı. Və illərdir aparılan işlərə, bu qədər elmi-texniki nailiyyətlərə baxmayaraq, hələ də qaraçılar köhnə mental xarakterik xüsusiyyətlərindən imtina etməyiblər. Yəni dilənirlər.

Və dilənmələri ilə də hazırki hakimiyyət üçün «Avroviziya» ərəfəsində problemə çevriliblər. Halbuki bu hakimiyyətin qonaq kimi qəbul etdiyi ən inkişaf etmiş Avropa ölkələrində belə qaraçıların kimlikləri hər kəsə məlumdur.

Məlumatlı mənbələrdən redaksiyamıza ötürülən məlumatda bildirilir ki, «Avroviziya» yarışması ilə əlaqədar Yevlax rayonunda bütün qaraçıları xüsusi sığınacaqlara doldurublar. Mənbənin DİA.AZ-a söylədikləri: «Hazırda Yevlaxın ayrı-ayrı yerlərində qaraçılar sığınacaqlara doldurulub. Əslində onların yerləşdikləri yerlərə sığınacaq demək də doğru deyil. Çünki, məsələn, keçmiş «İstiusu» mehmanxanasına 60-a yaxın qaraçı ailəsi yerləşdirilib ki, həmin mehmanxana çoxdan fəaliyyətini dayandırdığından orada yaşayış imkanları minimum səviyyədədir. Hətta mehmanxananın qapı və pəncərələri də sökülüb».

Mənbəmiz bildirir ki, qaraçıların paytaxta gedərək dilənməsinin qarşısının alınması məqsədilə Yevlaxda xüsusi tədbirlər planı həyata keçirilməkdədir ki, bu işə də birbaşa olaraq icra hakimiyyəti nəzarət edir: «Qadınları və uşaqları mehmanxanaya yerləşdiriblər. Onları isə gecə və gündüc nəzarət altında saxlayırlar. Xüsusi polis postu yaradılıb. Kişilərin hamısı isə polis idarəsinin təcridxanalarına, müvəqqəti saxlama məntəqələrinə yerləşdirilib. Bu gün Yevlaxda hansısa cinayətkarı yerləşdirmək əməlli-başlı problemə çevrilib. Çünki hər yerdə qaraçılar saxlanılır. Onlara isə gün ərzində cəmi iki dəfə yemək verilir. Səhər tezdən adambaşına bir yumurta, günorta saatlarında isə iki yumurta. Yəni bununla onlar qidalanmalıdırlar».


Geri qayıt