Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: В«BÜLLUR SARAYВ» TƏHLÜKƏDƏ OLUB
ŞOK: В«BÜLLUR SARAYВ» TƏHLÜKƏDƏ OLUB17-05-2012, 17:52 |
![]() İRANDAN BAKIYA TƏXRİBATÇI DƏSTƏLƏR GÖNDƏRİLİB DİA.AZ: - Tehranın Azərbaycana düşmən mövqeyinin nə əlavə subat ehtiyacı var, nə də dəlilə. Hər addımda müstəqil Azərbaycan dövlətinin varlığını həzm edə bilmədiyini gizlətməyən və bu varlığı özünün mövcudluğuna təhlükə hesab edən fars-molla rejimi müxtəlif üsullarla ölkəmizdə durumu süni şəkildə gərginləşdirməyə çalışır. Ki, bu da faktdır. Azərbaycan müstəqilləşəndən sonra üzləşdiyi Qarabağ uğrunda savaşda İran rəsmən minlərlə şiə Azərbaycan türkünü qətlə yetirmiş düşmən Ermənistanla eyni səngərdə dayandı. Erməni tankları fars-molla rejiminin Güney Azərbaycan torpaqlarından sümürdüyü neft hesabına üzərimizə yeridilər. Buna paralel olaraq rəsmi Tehran Azərbaycanda əlavə etnik separatizm yuvaları yaratmaqla məşğul oldu. Şimali Azərbaycanın cənub hissəsində bir qrup fırıldaqçı fars-molla rejiminin himayəsi altında Azərbaycan dövlətinə qarşı quldurluq hərəkətində bulundular. Və günü bu gün də həmin separatçılar İran və Rusiyanın xüsusi xidmət orqanlarından qidalanır. Bu ikiliyə isə son zamanlar Ermənistan xəfiyyəsi də dəstək verməkdədir. İran daha sonra da Azərbaycana qarşı düşmən mövqeyini gizlətmədi. Aşkar surətdə Ermənistana müxtəlif yardımlar edən bu ölkənin ayrı-ayrı emissarlarının, casus şəbəkələrinin Azərbaycanda təxribat törətmə istəyinin qarşısı alındı. Bu ittihamlarla bu gün yüzlərlə şəxs məhbəs həyatı yaşayır. Amma yenə də özünə yığışmayan molla rejimi mərhum prezident Heydər Əliyevin iqtidar dönəmində Azərbaycanın hava sərhədlərini pozmaqla təxribatlar törətdi. Qardaş Türkiyənin qırıcı təyyarələrinin Bakıda təşkil etdikləri göstəri ilə bu hava təxribatı bitsə də, sonradan Xəzər sularında və müxtəlif ünvanlarda fars-molla rejimi Azərbaycan dövlətinin ərazi bütünlüyünü təhdid edən addımlara imza atdı. Əslində İranın Azərbaycan əleyhinə fəaliyyətindən bir kitab bağlamaq olar. Və bizcə bu faktlar yetərlidir ki, bu ölkənin Azərbaycana hansı münasibəti bəslədiyinə əmin olasan. Təbii ki, bütün bunları səbəbsiz yerə sadalamırıq. Çünki bu günlərdə redaksiyamıza İranın Bakıdakı nökərlərinin adından bir hədələyici məktub da daxil olmuşdu ki, həmin məktubun müəllifləri bizə İranın Azərbaycana dost ölkə olduğunu sübut etməyə çalışırdılar. Və bu gün redaksiyamızın əldə etdiyi informasiyalar da təsdiqləyir ki, İran nəinki azərbaycana dost deyil, əksinə, fars-molla rejimi Azərbaycan adlı dövlətin yer üzündən silinməsində belə maraqlıdır. Hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən redaksiyamıza daxil olan informasiyada qeyd olunur ki, İrandan Bakıya təxribatçı dəstələr gəlib. Mənbənin DİA.AZ-a söylədikləri: В«Həmin dəstələr В«AvroviziyaВ» yarışmasını bəhanə edərək sıravi turistlərin arasında ölkəmizin sərhədlərini keçiblər. Artıq onlardan bəziləri ifşa olunub. Azərbaycanın xüsusi xidmət orqanları davamlı olaraq həmin qruplara qarşı əməliyyatlar keçirir ki, bu yöndə İsrail və ABŞ kəşfiyyatı, eləcə də Avropanın bəzi ölkələrinin xüsusi xidmət orqanları informasiya yardımı göstərirlərВ». Mənbəmiz bildirir ki, İrandan gələn bir qrup isə В«AvroviziyaВ» yarışmasının keçiriləcəyi В«Büllur SarayВ»ın partladılması yönündə də təlimat alıblar: В«Artıq həmin qrup zərərsizləşdirilib və onların bəziləri məhv edilib. Bu barədə informasiyaların əksəriyyəti isə ictimaiyyətdən gizli tutulur ki, burada da başlıca maraq sırf olaraq В«AvroviziyaВ» ərəfəsini yaşayan ölkənin vətəndaşlarında və gələn qonaqlarda ajiotajın, təlaşın yaranmamasından ibarətdirВ». Geri qayıt |