Əsas Səhifə > Hadisə, Manşet > ELDAR ƏZİZOV «GESTAPO REJİMİ» YARADIR
ELDAR ƏZİZOV «GESTAPO REJİMİ» YARADIR17-05-2012, 16:01 |
SUMQAYIT MÜXALİFƏTÇİLƏRİNİN SİYAHIYA ALINMASINA START VERİLDİ DİA.AZ: - Son zamanlar müxalifətin fəallaşması hakimiyyətin də qabaqlayıcı tədbirlərini zəruriləşdirib. Bu barədə əldə etdiyimiz məlumatlardan da aydın olur ki, artıq yerlərdə icra strukturları əyalət müxalifəti ilə bağlı hərəkətə keçiblər. Konkret olaraq Sumqayıtda çox maraqlı olaylar yaşanmaqdadır. Azərbaycanın gənclər şəhərindəki mənbələrimizdən aldığımız məlumatda bildirilir ki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov yuxarıların gözünə xoş görünə bilməsi üçün hətta «özfəaliyyətə» də keçib. Belə ki, dünəndən etibarən şəhərdəki bütün polis bölmələrinə, sahə müvəkkillərinə ərazilərdə yaşayan müxalif fikirli və müxalifət partiyalarının üzvü olan sakinlərin siyahılarının tutulması ilə bağlı göstəriş verilib. DİA.AZ-a verilən xəbərdə vurğulanır ki, birbaşa olaraq Eldar Əzizovun təlimatı ilə baş tutan prosesdə əsas maraq guya ki, siyasiləşmiş narazı kəsimin kontrol altına alınmasıdır. Xatırladaq ki, bir neçə gün əvvəl İctmai Palata Sumqayıtda mitinq keçirəcəyini elan etmişdi. Bundan əlavə, Sumqayıt müxalifətçiləri də ayrıca etiraz aksiyası tədarükündədirlər. Anlaşılır ki, Eldar Əzizov rəhbərlik etdiyi şəhərin bu şəkildə diqqətə gəlməsində maraqlı deyil. Mənbəmiz əlavə olaraq onu da bildirdi ki, əslində yeni siyahıyaalma kampaniyasında bir məqsəd də ondan ibarətdir ki, fəal müxaliflərin vəzifədə olan və yaxud da biznesi olan qohumları da müəyyənləşdirilir və bu yolla da onlara təzyiq rıçaqları əldə edilmiş olur. Nəsimi – DİA.AZ Geri qayıt |