Əsas Səhifə > Hadisə > «XURAL»IN ƏMLAKI HƏRRACA ÇIXARILIR
«XURAL»IN ƏMLAKI HƏRRACA ÇIXARILIR17-05-2012, 15:33 |
ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİ İSƏ SABAH KEÇİRİLƏCƏK Mayın 18-də saat 15.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam edəcək. Bu barədə qəzetin redaksiyasından məlumat verilib. Redaksiya üzvləri KİV, QHT və müstəqil hüquq müdafiəçilərini prosesi izləməyə dəvət ediblər. Bu əsnada isə məlum olub ki, “Xural”ın əmlakı yenidən hərraca çıxarılacaq. Proses 18 may 2012-ci il tarixində saat 11-də Bakı şəhər M.Müşfiq küçəsi 2 A ünvanında keçiriləcək. Məlumatda deyilir ki, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC Nərimanov rayon İcra Şöbəsinin 17/69 N-li 21.02.2012-ci il tarixli sifariş məktubuna əsasən, “Xural” qəzetinə məxsus texniki avadanlıqlar hərraca çıxarılır. «Əmlakın ilkin satış qiyməti 1430 manat dəyərləndirilsə də, sonradan hərracda iştirak etmək istəyənlər olmadığından hərrac təxirə salınmışdı. Bu dəfə əmlakın ilkin satış qiyməti 1215 manat qiymətləndirilib». Geri qayıt |