Əsas Səhifə > Sosial, Manşet > NAZİRLƏR KABİNETİNDƏ KADR İSLAHATLARI PLANI

NAZİRLƏR KABİNETİNDƏ KADR İSLAHATLARI PLANI


17-05-2012, 13:36
NAZİRLƏR KABİNETİNDƏ KADR İSLAHATLARI PLANI

ANAR AYB-DƏN GEDİR, ONUN YERİNƏ İSƏ ELÇİN ƏFƏNDİYEV GƏTİRİLİR

DİA.AZ: - Yazıçı Anar Rzayev Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyindən gedir. Bu il o, öz namizədliyini irəli sürməyəcək. Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu Modern.az saytının əməkdaşı ilə söhbətdə Anarın qurumun rəhbərliyindən getmək haqda fikirləşdiyini qeyd edib.

"Amma bu söz olaraq da qala bilər, çünki hələ qurultaya bir neçə ay var. Anar müəllim yenidən namizədliyini irəli sürsə, biz onu rəhbər kimi seçməyə hazırıq. Bununla yanaşı, başqa alternativ şəxslərin də bu vəzifəyə öz namizədliyini irəli sürməsi üçün imkan yaradılacaq. Artıq alternativ namizdə olmaq istəyənlərdən bəziləri isə bir az ayrı tərzdə öz fikirlərini irəli sürməyə başlayıblar. Guya, Anar müəllim bunları rəhbərlik sevdasından uzaqlaşdırır. Bir neçə nəfər isə deyir ki, “Anar müəllim namizədliyini verməsə, biz öz adımızı irəli sürərik”. Bu nə dərəcədə doğrudur? Sadəcə hamısı riyakarlıq edirlər. Amma namizədliklərini irəli sürməklə biz yazıçıları seçim qarşısında qoyurlar.
Anar müəllim desə ki, “mən imtina edirəm və namizədliyimi irəli sürməyəcəm” o zaman bu vəzifəyə layiqli bir insanı seçmək lazımdı. Həmçinin bu namizəd beynəlxalq göstəricilərə də cavab verməlidi”.

Yazıçılar Birliyinin qurultayının dəqiq tarixi məlum deyil. Qurultayın növbəti aylarda keçirilməsi gözlənilir. Qurultayın vaxtı müəyyənləşəndən sonra yer ayrılması üçün müvafiq qurumlara müraciət olunacaq.

Anar ilk dəfə 1991-ci ilin martında Yazıçıların IX Qurultayında Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında Anar ikinci dəfə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. Bu il martın 14-də onun 74 yaşı tamam olub.

Onu da xatırladaq ki, Anarın Yazıçılar Birliyinin sədrliyindən gedəcəyi ilə bağlı məlumatı ilk dəfə DİA.AZ olaraq bizlər yaymışıq. İndi isə bu xəbərimiz təsdiqlənir. Xatırladaq ki, əslində Anarın gedişi heç də təsadüfi deyil və bu, Nazirlər Kabinetindəki islahatlarla bağlıdır.

Bu barədə yaydığımız xəbərdə bildirmişdik ki, baş nazir Artur Rəsizadə ilə yanaşı, onun müavini Elçin Əfəndiyev də vəzifələrini itirəcəklər və bu dəişiklik «Avroviziya» mahnı müsabiqəsindən sonraya təsadüf edəcək. Baş nazirin müavini postundan alınan Elçin Əfəndiyevin isə Yazıçılar Birliyinə sədr gedəcəyi gözlənəlir və bildirilir ki, elə birliyin qurultayındaca bu məsələ həllini tapacaq.

Bununla bağlı redaksiyamıza daxil olan son məlumatlarda isə vurğulanır ki, Elçin Əfəndiyevin AYB-də Anarı əvəzləməsinə Prezident Administrasiyası tərəfindən qərar verilib.


Geri qayıt