Əsas Səhifə > Gündəm, Manşet > DİA.AZ FƏALİYYƏTİNİ DAYANDIRA BİLƏR

DİA.AZ FƏALİYYƏTİNİ DAYANDIRA BİLƏR


17-05-2012, 12:02
DİA.AZ FƏALİYYƏTİNİ DAYANDIRA BİLƏR

MALİYYƏ BÖHRANI SƏBƏBİNDƏN PORTALIMIZ YAXINDA BURAXILIR

DİA.AZ: - Keçən ilin sentyabr ayından etibarən fəaliyyətə başlasaq da, qısa müddət içində ölkənin əsas xəbər ruporlarından birinə çevrilə bilmişik. Hər halda, bu ifadələri oxucularımız da təsdiqləyər. Eyni zamanda bu müddət ərzində qazandığımız oxucu kütləsinin miqyası da dediklərimizin sübutudur.

Amma buna baxmayaraq, «Dünya» İnformasiya Agentliyi olaraq ayaqda dayanmağımız çətinləşib. Bu barədə redaksiya adından bildiririk ki, artıq resurslarımız tükəndiyindən DİA.AZ portalının fəaliyyətini dondurmaq qərarını vermişik.

Sırf maliyyə problemləri bu qərarı verməyimizə nədən olduğundan, başqa bir səbəbin axtarılmasına ehtiyac görmürük.

Son fəaliyyət günümüzün nə zaman olacağını isə yaxın günlərdə elan edəcəyik.

Geri qayıt