Əsas Səhifə > Güney Press / Manşet > BAKIDA İNTERNET TƏXRİBATI
BAKIDA İNTERNET TƏXRİBATI16-05-2012, 19:56 |
![]() ADSL SİSTEMİNDƏ YARANAN NASAZLIQ NƏ İLƏ BAĞLIDIR? DİA.AZ: - Məlum olduğu kimi, bu gün günorta saatlarından etibarən internet xəttlərində, xüsusən də ADSL müştərilərinin internet xəttlərində ciddi problemlər yaranıb. Belə ki, təxminən 5-6 saatlıq müddət ərzində yaşanılan problem nəticəsində internetdən istifadə ümumiyyətlə mümkün olmayıb. Doğrudur, rəsmi dairələr bunu В«BakıelektrikşəbəkəВ»nin profilaktik tədbirləri ilə əlaqələndiriblər. Amma redaksiyamıza daxil olan məlumatlardan tamam fərqli mənzərə canlanır. Xatırladaq ki, dünən də verdiyimiz məlumatda bildirmişdik ki, hakimiyyət В«AvroviziyaВ» yarışması zamanı daha çox müxalif fikirlərin təbliğ olunduğu ünvanları hədəfə alacaq ki, bu əsnada daha çox susdurulması planlaşdırılanı internet mediasıdır. Belə də oldu. Və məlumatlı dairələr DİA.AZ-a bildirir ki, əslində bu gün internet xəttlərində məqsədli şəkildə yaradılan problem sonradan daha da inkişaf etdiriləcək: В«Bunun davamı da olacaq. Və beləcə internet mediasının В«AvroviziyaВ» dönəmində susdurulması mümkün olacaqВ». Geri qayıt |