Əsas Səhifə > Cəmiyyət > SABUNÇUNUN İCRA BAŞÇISINA YENİ FƏZİFƏ

SABUNÇUNUN İCRA BAŞÇISINA YENİ FƏZİFƏ


16-05-2012, 18:28
SABUNÇUNUN İCRA BAŞÇISINA YENİ FƏZİFƏ

ƏLİBABA ƏLİYEV İŞSİZ QALMADI

Bu il aprelin 14-də ölkə başçısının müvafiq sərəncamları ilə 8 rayon və şəhərin İcra hakimiyyətlərinin başçısı dəyişdirildi. Həmin sərəncamlarla işdən çıxarılan bəzi icra başçıları yeni posta təyinat alsalar da, vəzifədən birdəfəlik götürülənlər də oldu.

İşdən çıxarılanlar arasında Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı Əlibaba Əliyev da vardı. İndi məlum olur ki, sonradan ona da yeni vəzifə verilib.

Modern.az xəbər verir ki, bu haqda 27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı Hacı Qalib Salahzadə bildirib. Deputat APA-ya müsahibəsində deyib:

”Əvvəlki icra başçısı ilə də münasibətim əlaydı. Ona da Prezident Administrasiyasında vəzifə verdilər, ora getdi”.

Modern.az Əlilaba Əliyevə Prezident Administrasiyasında hansı vəzifənin verildiyini dəqiqləşdirməyə çalışsa da, qurumdan bu haqda suala cavab verilməyib.

Əlibaba Nəcəf oğlu Əliyev 1960-cı ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1978-ci ildə başlayıb. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1982-1995-ci illlədə Yaşıllaşdırma Baş Istehsalat İdarəsində müxtəlif vəzifələrdə, 1995-1999-cu illədə isə Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının I müavini vəzivəsində işləyib. 27 avqust 1999-cu il tarixdən 14 aprel 2012-ci il tarixinədək Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Ailəlidir. 2 övladı var.


Geri qayıt