Əsas Səhifə > Siyasət, Manşet > İRANDAN DAHA BİR «AVROVİZİYA» «FƏTVASI»
İRANDAN DAHA BİR «AVROVİZİYA» «FƏTVASI»16-05-2012, 12:21 |
İRANLI DEPUTAT: “AVROVİZİYA; İFFƏTSİZLİYƏ RƏVAC VERİR” DİA.AZ: - Bütün istiqamətlərdə Azərbaycan əleyhinə təbliğat aparan fars-molla rejimi bu məsələdə istənilən bir situasiyadan yararlanmağa çalışır. Mavilərin Bakıda parad keçirmə məsələsi ortaya çıxandan bəri Azərbaycan dövlətinin ünvanına qaryaxmalarını davam etdirən molla mətbuatının bu kampaniyasına təəssüflər olsun ki, bəzi mətbu orqanlarımız da bilməyərəkdən qoşuldular. Halbuki bunun bir təxribat olması sonradan aydın oldu və məlum oldu ki, əslində irana və ermənistana aid xüsusi xidmət orqanlarının təxribatı nəticəsində mavilərin Bakıda nümayişə hazırlaşmaları barədə məlumatlar ictimailəşmişdi. Bu bir yana, Bakıda həmçinin «Avroviziya-2012» mahnı yarışmasının keçirilməsi də farslar üçün bir antitəbliğat malzəməsinə çevrilib. Hər addımdar Azərbaycanın üzərinə bununla əlaqədar yeriyən İranın təbliğat maşını son günlər mətbu hücumlarını daha da intensivləşdirib. Elə DİA.AZ olaraq «arannyus» portalından əldə etdiyimiz son məlumatın mahiyyətindən də bunu görmək olar. Həmin materialla tanış olun: «İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Bakıda Avroviziya mahnı müsabiqəsinin keçirilməsini Qərbin müsəlman bir ölkədə iffətsizliyi təbliğ etmək taktikası adlandırıb. Kermanşah əhalisinin İslam Şurası Məclisindəki təmsilçisi Məhəmməd Kərəmirad Jurnalistlər Klubunun müxbiri ilə müsahibədə Azərbaycan Respublikasının anti-İslam hərəkətlərinə işarə edərək, müsəlmanlar arasında iffətsizliyin təbliğ edilməsi və Avroviziya mahnı müsabiqəsinin keçirilməsi haqda deyib: Azərbaycan Respublikası əhalisi əsasən şiələrdən ibarətdir. Belə bir ölkədə Avroviziya mahnı müsabiqəsinin keçirilməsi Qərbin hiylələrindən sayılır və islamofoviya siyasətinə xidmət edir. M.Kərəmirad əlavə edib: Azərbaycan Respublikası hökuməti Qərbin istiqamətləndirməsi ilə bu ölkəni işğalçı sionist rejim üçün bir bazaya çevirməkdədir və İslam dinini zəiflətmək məqsədilə onların siyasətləri çərçivəsində hərəkət edir. İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü həmçinin, Avroviziya mahnı müsabiqəsinin keçirilməsini bir növ Azərbaycan Respublikasının şiə əhalisi arasında iffətsizliyin genişləndirilməsi adlandırıb və deyib: Azərbaycan Respublikası hökuməti dərhal bu rüsvayçı və qeyri-əxlaqi müsabiqənin keçirilməsinin qarşısını almalıdır. Çünki, əks halda bu ölkə müsəlmanlarının ciddi reaksiyası ilə üzləşəcək». Geri qayıt |