Əsas Səhifə > Hadisə > “POLİS ZORAKILIĞINA DƏRHAL SON QOYULSUN”

“POLİS ZORAKILIĞINA DƏRHAL SON QOYULSUN”


15-05-2012, 12:05
“POLİS ZORAKILIĞINA DƏRHAL SON QOYULSUN”

“AMNESTY İNTERNATIONAL” TƏLƏB ETDİ

Azərbaycan hakimiyyəti fikir azadlığının boğulması üçün istifadə etdiyi zorakılığa son qoymalıdır. Bunu bazar ertəsi Bakının mərkəzində dinc etiraz aksiyası polis tərəfindən dağıdıldıqdan sonra Amnesty International bəyan edib.

Müxalifət üzvləri Sabir adına bağda və Bakı meriyasının qarşısında mitinqə toplaşıb. Hadisə yerindən çəkilmiş videomateriallar göstərir ki, polis nümayişçiləri döyüb, yerlə sürüyüb.

300-ə yaxın etirazçı Eurovision-dan əvvəl siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.

“Beynəlxalq KİV-in müsabiqəyə diqqəti belə dinc etiraz aksiyasını yatırmaq üçün kobud qüvvədən istifadə edən polisin qabağını almır “, - Amnesty İnternational-ın Avropa və Asiya üzrə proqram direktoru Con Dalusen bildirib.

“Azərbaycan hakimiyyəti Bakının mərkəzində etiraz aksiyalarına qadağanın aradan qaldırılması üçün təcili addımlar atmalıdır”, - o vurğulayıb.

Bazar ertəsi 18 fəal saxlanılaraq Səbayel rayon polisinə aparılıb. Onlardan 10 nəfəri şəhərdən 60 km. uzağa aparılıb və Qobustan qəsəbəsi ərazisində düşürülüb. Qalan 8 nəfər isə yazılı izahat alındıqdan sonra buraxılıb.

Polis 10 nəfər fəal qadınlardan ibarət qrupu saxlayaraq kənara sıxışdırıb.

“Dinc etirazçılara son təzyiqlər Azərbaycan hakimiyyətinin fikrin ifadə olunması azadlığına münasibətinin göstəricisidir”, - Daluesen vurğulayıb.


Geri qayıt