Əsas Səhifə > Hadisə > MİNGƏÇEVİRDƏ KOMENDANT SAATI

MİNGƏÇEVİRDƏ KOMENDANT SAATI


12-05-2012, 14:32
MİNGƏÇEVİRDƏ KOMENDANT SAATI

TƏZƏ BAŞÇI ÖZÜNÜ SÜBUT ETMƏYƏ HAZIRLAŞIR

Mingəçevir şəhərində yeni icra başçısı təyin olunandan bəri “komendant saatı” elan edilib. GUNDEMİNFO.AZ-a məlumat verən iş adamlarından biri deyir ki, şəhərin baş memarı Etibar Abdullayev şəhərdə aparılan bütün tikinti işlərini durdurmaqla bağlı göstəriş verib. Mingəçevirə yeni başçı təyin edilmiş Niyazi Bayramovun yaxın zamanlarda bütün tikililərlə bağlı olaraq qərar verəcəyini deməsi və baş memara da bununla bağlı göstəriş verməsi şəhərdə vəziyyəti qəlizləşdirib.

Artıq sahibkarlar təşvişə düşüblər ki, yeni başçı onların qanuni yolla aldıqları əmlaklarını yenidən özlərinə sata və ya ümumiyyətlə sökə bilər. Ən ciddi narazılıq isə “Orxan” bazarı ərazisində yerləşən dükan sahibləri arasında yaşanmaqdadır.

Qeyd edək ki, faktiki olaraq Mingəçevir şəhərində “komendant saatı” elan edilib və böyük ehtimalla da təzə başçı bu yaxınlarda “öz gəlişini sübut etməyə” başlayacaq.

Şəhərlə bağlı araşdırmalarımız davam edir.


Geri qayıt