Əsas Səhifə > Cəmiyyət > “ÇAKIR” ÖZ JURNALİSTLƏRİNƏ PUL PAYLADI

“ÇAKIR” ÖZ JURNALİSTLƏRİNƏ PUL PAYLADI


12-05-2012, 13:38
“ÇAKIR” ÖZ JURNALİSTLƏRİNƏ PUL PAYLADI

KİVDDF QARADAĞIN İCRA BAŞÇISINA ARAÇILIQ EDİB

Qaradağ Rayon İcra Hakimiyyəti və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspiktivlər” movzusu ilə bağlı birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb. Modern.az xəbər verir ki, tədbirdə Qaradağ Rayonun İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli və bir sıra mətbuat nümayəndələri iştrak edib.
V.Səfərli bildirib ki, müsabiqəyə ümumilikdə 22 yazı daxil olub və onlardan 6-sı qalib hesab edilib. Müsabiqənin şərtlərinə əsasən I yerin qalibinə 1000 manat, II yerin qaliblərinin hər birinə (2 nəfər) 800 manat, III yeri tutanların hər birinə (3 nəfər) 600 manat məbləğində pul mükafatı və xüsusi diplomlar verilib.

Bunlardan əlavə 5 nəfərə həvəsləndirici mükafat verilməsi planlaşdırılsa da, icra başçısı Süleyman Mikayılovun təklifi ilə müsabiqədə iştirak edən digər iştirakçılara da həvəsləndirici mükafatlar (hər birinə 200 manat) verilib.
V.Səfərli bu çür müsabiqələrin davamlı olaçağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov son illər KİVDF-nin dövlət qrumları ilə birgə müsabiqə keçirməsi sahəsinə uğurlar əldə etdiyini bildirib. Sonda mükafatlandırma mərasimi keçirilib və qaliblərə xüsusi diplomlar təqdim olunub.


Geri qayıt