Əsas Səhifə > Ölkə > “ONLAR MƏNİ VƏ AMANDANI TƏPİKLƏYİRDİLƏR”
“ONLAR MƏNİ VƏ AMANDANI TƏPİKLƏYİRDİLƏR”13-10-2011, 14:48 |
DÖYÜLƏN HÜQUQ MÜDAFİƏÇİLƏRİ İFADƏ VERDİ Bu gün Yasamal rayon Məhkəməsində ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Selia Deyvisə qarşı xuliqanlıq hərəkətləri etməkdə və onları döyməkdə təqsirləndirilən Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynovun məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, hakim Elçin Qurbanovun sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxs S. Deyvis ifadə verib. O, iyunun 15-dən 16-na keçən gecə 4 nəfər naməlum şəxsin onlara hücum etdiyini bildirib: “Onlar məni və Amandanı yerə yıxıb təpiklə vururdular. Hadisədən sonra bizdə müxtəlif bədən xəsarətləri var idi. Biz çox qorxmuşduq”. Daha sonra prosesdə zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Elçin Sadıqov cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Proses oktyabrın 27-dək təxirə salınıb. Qeyd edək ki, zərərçəkmiş Amanda Erikson ABŞ-da olduğundan məhkəmədə iştirak etməyib. A. Erikson və S. Devisin Azərbaycandakı fəaliyyəti yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməkdən, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirməkdən ibarət olub. A. Erikson, həmçinin ABŞ-ın nüfuzlu «Vaşinqton Post» və «Nyu-York Times» qəzetləri ilə də əməkdaşlıq edir Geri qayıt |