Əsas Səhifə > Hadisə > FHN BEYLƏQANDAKI PARTLAYIŞDAN DANIŞDI

FHN BEYLƏQANDAKI PARTLAYIŞDAN DANIŞDI


12-05-2012, 12:18
FHN BEYLƏQANDAKI PARTLAYIŞDAN DANIŞDI

HADİSƏ ZAMANI 1 NƏFƏR XƏSARƏT ALIB

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Beyləqan rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, «Ülvi» yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış nəticəsində, yanacaqdoldurma məntəqəsinin xidməti otaqları və yerüstü anbarın çardaq hissəsi 350 kv. m sahədə dağılıb. Yanacaq çənlərinin üzərinə dağılmış müxtəlif yanacaq-sürtgü materialları 144 kv. m sahədə yanıb, yanacaqdoldurma stansiyasında operator işləyən 1 nəfər xəsarət alıb.

Yanğın saat 01:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanacaqla dolu 8 ədəd çən və ətrafdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Geri qayıt