Əsas Səhifə > Gündəm, Manşet > GƏNCƏDƏ MƏMUR ÖZBAŞINALIĞI TÜĞYAN EDİR
GƏNCƏDƏ MƏMUR ÖZBAŞINALIĞI TÜĞYAN EDİR12-05-2012, 12:02 |
İCRA BAŞÇISI MƏCBURİ KÖÇKÜN AİLƏSİNİN EVİNİ BAŞINA UÇURDU DİA.AZ: - Gəncə şəhərində müvəqqəti olaraq məskunlaşan Kələbəcər rayon sakini Muxtarov Azər Zakir oğlu güc-bəla ilə tikdiyi evin yerli icra struktruları tərəfindən heç bir kompensasiya ödənilmədən uçurulmasından şikayət edir. Narazı vətəndaşın DİA.AZ-a ünvanladığı müraciəti diqqətinizə çatdırırıq: “Yazıb bildirirəm ki, mən Muxtarov Azer Zakir oglu Gəncə şəhər Avtozavod qəsəbəsi ərazisində özumə bir otaqdan ibarət valdeyinlərimin köməkliyi ilə ev tikmişdim. Kəlbəcər rayonundan məcburi köçkünəm. 16 mart 2012-ci il tarixdə Gəncə şəhər Nizami rayonunun icra hakimiyyətinin başcısı Məharət müəllim və onun işçiləri İlqar və Qurban müəllimlərin iştirakı ilə əzab-əziyyətlə tikdiyim evi traktorla hec bir məhkəmə qərarı olmadan dağıdaraq yerlə yeksan etdilər”. Evinin uçurulması bir yana, hətta polis işçiləri tərəfindən ailə üzvlərinin zorakılığına məruz qaldığını yazan Kəlbəcər sakini davam edir: “Atamı və anamı döyərək pis söyünclərlə təhqir edərək polis idarəsinə apardılar. Atam 35 ildir ki, dövlət qulluqçusudur. Anam isə ingilis dili müəlliməsidir Mən qabağa durub anamı polislərin əlindən almaq istədikdə isə məni də döyərək polis şöbəsinə apardılar”. Güman edəcəksiniz ki, yəqin yerli icra strukturları həmin evin qadağan olunmuş ərazidə inşa edilməsi səbəbindən belə bir addım atıblar. Əsla. Sən demə, məcburi köçkün ailəsindən alınan ərazi sonradan başqa bir şəxsə satılıb da: “Uçurulmuş yerin isə sotunu 1500 Azərbaycan manatına yerli vətəndaşlara satdılar. Məharət müəllim ağır texnikayla içində yasadığım evi dağıtma əmri verəndə mən ona yalvararaq dedim ki, bu evi prezdentin bizə ayırdığı aylıq çörək pulu ilə zülümlə tikmişəm, uçurma, gedim qohum-əqrəbadan birtəhər pul tapım, getirim yerıi camaata sotu neçəyə satırsan, mən də o qiymətdən pulunu verim. Onlar isə mənə məhəl qoymayıb evimi uçurdular torpağımı yerli imkanlı şəxslərə sotu 1500 manata satdılar. Halbuki mənim yerim nə plana, ne kommunikasiya xəttinə düşmürdü. İndi isə mənim uçmuş evimin yarım metirliyində ev tikilir. Bilmək istəyirəm, ay Məharət müəllim, əgər orda ev inşa etmək olmazdısa, onda niyə mənim evimi yıxırdınız? Hal hazırda evimin ətrafinda olan 6 hektara yaxın torpaqları 1 sotu 1500 manata yerli vətəndaşlara satırlar”. Hər halda, Gəncədə baş verən bu məmur özbaşınalığı ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik və qarşı tərəfin də olaya münasibətini öyrənməyə çalışacağıq. Bizi izləyin... Geri qayıt |