Əsas Səhifə > Hadisə > ZAQATALA SİLKƏLƏNMƏKDƏ DAVAM EDİR

ZAQATALA SİLKƏLƏNMƏKDƏ DAVAM EDİR


11-05-2012, 11:56
ZAQATALA SİLKƏLƏNMƏKDƏ DAVAM EDİR

TƏKCƏ SON SUTKADA 10 YERALTI TƏKAN OLUB

Son sutka ərzində Zaqatalada 10-a yaxın yeraltı təkan qeydə alınıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verib. O bildirib ki, zəlzələdən sonrakı afterşoklar hələ davam edir. Baş verən təkanlar hiss olunmayan təkanlar olub və yalnız cihazların vasitəsilə qeydə alınıb.

Q. Yetirmişli deyib ki, zəlzələ zonasındakı seysmoloji prosesləri daha dərindən öyrənmək üçün quraşdırılan 5 əlavə seysmik stansiya dünəndən fəaliyyətə başlayıb: “Stansiyalar quraşdırılana qədər zəlzələ ocağındakı ən zəif təkanları qeydə almaq qeyri-mümkün idi. İndi isə zəlzələnin episentral zonasında geniş tədqiqatlar apara biləcəyik. Ocaqda aparılan tədqiqiatların nəticələri gündəlik analiz ediləcək. Stansiyalar zəlzələ zonasında ən azı iki ay qalacaq”.


Geri qayıt