Əsas Səhifə > Güney Press / Manşet > ARTUR RƏSİZADƏNİN YERİNƏ YENİ NAMİZƏD

ARTUR RƏSİZADƏNİN YERİNƏ YENİ NAMİZƏD


10-05-2012, 18:35
ARTUR RƏSİZADƏNİN YERİNƏ YENİ NAMİZƏD

KƏMALƏDDİN HEYDƏROV FAZİL MƏMMƏDOVU BAŞ NAZİRLİYƏ GƏTİRİR

DİA.AZ: - Hakimiyyət daxilində yaşanan sabitlik nisbi xarakter daşıyır. İqtidar mətbəxinə yaxın mənbələrin məlumatına görə В»EurovisionВ» mahnı yarışması, beynəlxalq təzyiqin artması və müxalifətin kütləvi aksiyalarının intensivləşməsi müvəqqəti sülh əldə edilməsinə səbəb olub. Mənbənin DİA.AZ-a bildirdiyinə görə bu sakitlik nisbi xarakter daşıyır.

Hakimiyyət kadr dəyişikliklərini В»EurovisionВ» mahnı yarışmasından sonra daha geniş masştabda davam etdirəcək. Əvvəlki qaydada icra başçılarının yeriləri dəyişdiriləcək, bir neçəsi isə təqaüdə göndəriləcək. Etibarlı mənbədən aldığımız bilgiyə görə, yaxın bir neçə ayda 5 il ərzində eyni posta olan rayon rəhbərlərinin adları prezident sərəncamına düşəcək. Yaşı 65-dən yuxarı olan icra başçılarının dövlət qulluğunda fəaliyyətinə xitam veriləcək.

Mənbə qeyd edib ki, kadr yerdəyişmələri nazirləri, komitə sədirlərini, nazir müavinlərini də əhatə edəcək. Təhsil naziri Misir Mərdanov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və müdafiə naziri Səfər Əbiyev dəyişdiriləcək.

Seçkilər ərəfəsində baş nazir Artur rəsizadənin də əvəzlənəcəyini gözlənilir. Mənbəmizin sözlərinə görə baş nazir postu uğrunda üç qüvvənin mübarizəsi gedir. Bunlar Paşayevlər komandası, Nəqliyyat naziri Ziya Məmmədov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Maraqlıdır ki, artıq ölkənin rəsmi ikinci postu uğrunda çəkişmədə Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin adı çəkilmir. Əksinə, mənbəmizin sözlərinə görə son vaxtlar Kəmaləddin Heydərov hakimiyyət daxilində öz mövqelərini möhkəmləndirərək rəqiblərini xeyli üstələyib və baş nazir postunu ələ keçirməyə yaxın görünür. Amma mənbəmiz В»fövqəlnazirВ»in özünün Baş Nazir təyin olunacağını istisna edir. Onun sözlərinə Heydərov bu posta komandasının köhnə üzvlərindən olan vergilər naziri Fazil Məmmədovun namizədliyini irəli sürüb.

Onu da xatırladaq ki, son vaxtlar Fazil Məmmədovun təqdim etdiyi kadrlar vəzifələrə təyin olunur. Mənbə buna misal kimi, Bakının ən böyük rayonlarından biri olan Binəqədiyə Fazil Məmmədovun yeznəsinin icra başçısı təyin olunmasına, Gədəbəyə onun qohumunun rəhbər gətirilməsinə diqqət çəkir. Xatırladaq ki, Binəqədinin icra başçısı spiker Oqtay Əsədovun qudası Alı Qocayev vəzifəsindən kənarlaşdırılaraq Samuxa icra başçısı təyin olunub. Belə bir gözlənti də var ki, Fazil Məmmədovun yerinə - vergilər naziri vəzifəsinə onun müavini Sahib Ələkbərov təyin olunacaq. Bu şəxs də hakim ailənin etimadını qazanıb - onun oğlu Anar Ələkbərov Heydər Əliyev Fondunun icraçı direktoru kimi hakimiyyət elitasasında öz yerini tutub. Sahib Ələkbərovun vergilər naziri təyin olunması ilə Paşayevlər komandasının baş nazirlik uğrunda mübarizədə məğlubiyyəti kompensasiya edilmiş olacaq.

Fazil Məmmədovun yaxın çevrəsi artıq hər gün prezidentin baş nazir təyinatı ilə bağlı sərəncamını və Milli Məclisə təqdimatını gözləməkdədir. Onlarda belə bir fikir də var ki, Fazil Məmmədovun baş nazir gətirilməsi ilə Nazirlər Kabinetinin əhəmiyyəti artırılacaq. Hazırki qaydalar dəyişdiriləcək, bütün nazirliklər bilavasitə baş nazir tərəfindən kurasiya olunacaq. Bununla hakimiyyətdəki digər güc mərkəzlərinin nəzarət imkanları xeyli zəiflədiləcək. Belə bir planın olması da təəccübləndirici deyil. Bununla yanaşı son 19 ilin təcrübəsi göstərir ki, hazırkı siyasi kurs Konstitusiyaya görə ölkənin ikinci vəzifəsi sayılan baş nazir vəzifəsinə indikinin bir qədər yeni obrazda oxşarının gətirilməsini tələb edir.Belə bir strateji posta siyasi xarizması, siyasi immuniteti və iddiaları olmayan bir şəxs oturdulacaq. Hazırkı vergilər naziri bu В»standartВ»lara uyğundur.


Geri qayıt