Əsas Səhifə > Cəmiyyət > TQDK SƏDRİ NAZİRİN YANLIŞINI TUTUB

TQDK SƏDRİ NAZİRİN YANLIŞINI TUTUB


10-05-2012, 13:35
TQDK SƏDRİ NAZİRİN YANLIŞINI TUTUB

“VERDİKLƏRİ ELETRON BAZA DƏQİQ DEYİLDİ”

“Təəssüf ki, Təhsil Nazirliyindən bizə verilən məzunların elektron məlumat bazası dəqiq baza deyildi. Bu baza ilə işləyərkən biz müəyyən çətinliklərlə qarşılaşdıq. İlkin variantda tamamilə aydınlıq yox idi. Fərmanın icrası ilə bağlı sonuncu variantın 15-ci gün verilməsi nəzərdə tutulurdu. Baza tələb etdiyimiz kimi elektron imza ilə 14-cü gün bizə verildi”. Bu barədə APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, nazirliyin təqdim etdiyi buraxılış imtahanları üçün maddi-teхniki avadanlıq da komissiyanı qane etməyib: “ Maddi texniki bazaya gəlincə, bizə Təhsil Nazirliyi tərəfindən heç bir maddi texniki baza verilməyib. Çünki onlar təqdim etdikləri siyahıda ən müasir avadanlıq 3 ədəd “Pentium 4” kompüteri idi. Onlar isə indi bizim işimizə kömək edə bilməz”. M. Abbaszadə deyib ki, buraxılış imtahanları TQDK-nın öz bazası ilə keçiriləcək: “Buraxılış İmtahanlarını öz bazamızla aparacağıq. Bizim də avadanlıqlar intensiv işlənəcək. Biz ümidvarıq ki, sonra bu avadanlıqlar bərpa ediləcək ki, buraxılış imtahanlarından sonra qəbul imtahanlarını da apara biləcəyik”.


Geri qayıt