Əsas Səhifə > Siyasət, Manşet > BAKI MERİ NEFT PULLARINI NECƏ TALAYIR?

BAKI MERİ NEFT PULLARINI NECƏ TALAYIR?


10-05-2012, 12:16
BAKI MERİ NEFT PULLARINI NECƏ TALAYIR?

FONTAN, AĞAC VƏ KOLLAR ALMAQ ADI ALTINDA MİLYONLAR MƏNİMSƏNİLİR

DİA.AZ: - Bakının meri Hacıbala Abutalıbov ildə bir neçə dəfə ağac əkini ilə məşğul olur. Bir də görürsən ki, mer başının dəstəsi ilə qan-tər içindədir - əlində bel, yeri qazır və ağac əkir. Bu kadrları görəndə Azərbaycandakı vəziyyətdən bixəbər olan adamlar elə dьєьnə bilər ki, Yer üzündə təbiəti sevən bir mer varsa, o da Hacıbala Abutalıbovdur. Ancaq bakılılar və nəinki bakılılar, bütün Azərbaycan merimizi təbiəti sevən yox, təbiəti sökən mer kimi tanıyır. Ümumiyyətlə o, təbiəti yox, hər şeyi sökür. Bu yerdə adamın yadına qırlamaq barədə məєhur “anekdot” düşür. Lətifəsi Hacıbala müəllimdən uzaq, ancaq Suraxanının keçmiş icra başçısının mer vəzifəsinə sökə-sökə gəldiyi məmləkətdə hər kəsə gün kimi aydındı.

Həqiqətən də Hacıbala Abutalıbovun ağacəkmə macəraları əslində, aysberqin görünən üzüdür. Görünməyən tərəfində isə tamam baєqa məqamlar durur. Yəni Hacıbala müəllim vəzifə atına minəndən bəri təbiəti sökməklə məşğuldur. O, analoqu olmayan bu söküntülərə hələ Suraxanının icra başçısı olanda başlamışdı.


Suraxanıdan başlayan “yaşıl soyqırım”

Suraxanı rayonunda ağacların qətliamı nəticəsində bu gün bir ağac belə qalmayıb. Deyilənə görə, merin yeznəsi Suraxanı Rayonu İcra Hakimiyyətinin birinci müavini işlədiyi dövrdə 104 saylı məktəbin həyətini alıb. Sonra bir hissədə özü, digər hissədə isə Hacıbala Abutalıbovun qardaşı möhtəєəm bir villa tikdirib. Bu azmış kimi, binəva məktəblilərin istirahət yerləri də əllərindən alınıb. Bu villalarda zırpı-zırpı itlər saxlanılır ki, gecələr onların "ecazkar" səslərindən sakinlər Suraxanını tərk etmək istəyir.

Suraxanı rayonu 141 saylı məktəbin də aqibəti heç yaxşı deyil. Belə ki, məktəbin stadionunun bir hissəsi satılıb və bunun yerində də villa tikilib.

Qaraçuxur qəsəbəsi də bu baxımdan acınacaqlı vəziyyətdədi. Sakinlərin dediyinə görə, Hacıbala müəllim Bakı meri olandan sonra Qaraçuxur sakinlərinin qara bəxtləri çuxura düşüb. Nədən ki, buradakı parklar da satılaraq villalara çevrilib. İndi Qaraçuxur əhli qara bəxtlərinin çuxura dьєməsi üçün Bakı merini ittiham edirlər. Deyirlər ki, korrupsioner axtarışında olanlar çaşıb bir Qaraçuxura da baş çəksinlər və Bakı merinin ekologiyamıza necə qənim kəsildiyinin şahidi olsunlar. Orada ucaldılan imarətlərə, saraylara, hətta qəsrlərə baxıb korrupsionerlərin siyahısına bu mülklərin sahiblərinin də adlarını əlavə etsinlər.

Suraxanını “abad” etdikdən sonra Hacıbala Abutalıbov paytaxta sökhasökə başladı. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan kimi, o, єəhərdəki bütün “budka”ların axırına çıxdı. Şəhərdə səliqə-səhman yaratmaq adı altında mer minlərlə insanın çörəkpulundan məhrum olmasına səbəbkar oldu.

Abutalıbovun dirək biznesi

Daha sonra Abutalıbov Bakıdakı elektrik dirəklərini sökməyə başladı. 2004-cü ildə baєlayan bu əməliyyat bu gün də davam edir. Amma indiki elektrik dirəklərindən əvvəl Abutalıbov piramida şəkilli dirəklər basdırmaqla məşğul idi. O, həmin dirəkləri 2004-2006-cı illərdə gətirtmiєdi. Həmin dirəklər paytaxtın əksər kьзə və prospektlərinə, o cümlədən Bakı-Sumqayıt yolunun kənarlarına basdırılmışdı. Sonradan bu işıq dirəklərinin keyfiyyətsiz olduğu ortaya çıxdı və onların gətirilməsi qadağan olundu. Maraqlı burasıdır ki, bir зox yerlərdə həmin dirəklərdən işıqlandırma ьзьn istifadə olunmurdu. Yəni onlar elektrik xəttinə qoєulmamışdı, sadəcə yerə basdırılmışdı. Qeyd edək ki, həmin dirəklərin ölkəyə Abutalıbovun qohumlarından biri tərəfindən gətirildiyi və hər birinin dövlətə 1250 dollara satıldığı barədə məlumatlar da yayılmışdıb. Halbuki pərakəndə satışda analoji dirəklərin qiymətinin 300-350 dollar civarında olduğu da yayılan məlumatlar sırasında idi. Yol kənarında basdırılmış həmin dirəklər xeyli ağır yol qəzalarına da səbəb oldu. Real qiymətindən azı üç dəfə bahasına satılan həmin dirəklərin sonrada kütləvi єəkildə dəyiєdirilməsinə baєlandı.
Bakı-Sumqayıt yolunda isə Abutalıbovun “yadigarları” artıq зoxdan məhv edilib. Məlumatlara görə, ötən illərdə Bakıya Hacıbala Abutalıbovun göstəriєi ilə 6 milyon dollar dəyərində bu cür işıq dirəkləri gətirilib. Məlumatlara görə, təkcə Bakı-Sumqayıt şossesində təxminən 2 milyon dollarlıq bu cür dirəklər “yoxa çıxıb”.

Merin ağac korrupsiyası

Daha sonra Abutalıbov park və fontanları sökməyə başladı və bu zaman yaşıllıqlar kütləvi єəkildə məhv edilməyə başladı. Hətta az öncə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun büdcədən ayrılan pulları necə havaya sovurması barədə konkret faktlar və rəqəmlər üzə çıxdı. Belə ki, Satınalmalar üzrə Dövlət Agentliyinin saytında yerləєdirilmiє məlumata görə, 2011-ci ildə Bakı şəhər İcra Hakimiyyəti 221 milyon 117 min manatlıq tender keçirib. Єəhər rəhbərliyi 2011-ci ildə paytaxtda yeni fəvvarələrin inşasına 20 milyon 5 min 690 manat, tarixi əhəmiyyətli binaların və adi binaların dam örtüklərinin, fasadlarının yenidən qurulması, təmir-bərpası, təmizlənməsi və işıqlandırılmasına 88 milyon 710 min 370 manat xərcləyib. Bakı şəhər İcra Hakimiyyətinin inzibati binasının təmiri ilə bağlı elan olunmuş tenderdə “Abad” ITTFЄ qalib seзilib və bu iєlərə 1 milyon manat ayrılıb. Bakı və onun qəsəbə, kənd yollarının əsaslı təmiri, yolların asfalt örtüyünün təmir və yenidənqurulmasına ümumilikdə 101 milyon 312 min 343 manatlıq tender keçirilib. Bakıda torpaqların texniki işlərinə isə 200 min manatdan зox pul xərclənib. “Ge Force” MMC isə Bakıdakı köhnə binanın söküntüsü ilə bağlı tenderdə qalib gəlib. Єirkətə bu iєlərin icrası üçün 102 min manat ayrılıb. Mənzil fondunun əsaslı təmir və yenidənqurulmasına 1 milyon 778 min 366 manat, Bakının küçə və prospektlərinin abadlaşdırılmasına 21 milyon 424 min 157 manat verilib. Bakıdakı gül və gül məhsullarına 20 min, əkin materiallarına 4 milyon 245 min 254 manat, ağac-bəzək bitkilərinə 142 min 550 manat sərf olunub. 340 min manata isə gübrə alınıb. Beləliklə, Hacıbala Abutalıbov 221 milyon dövlət vəsaitini fəvvarə, ağac-bitki, kol-kosa “xərcləyib”.

Onu da qeyd edək ki, 2012-ci ildə hökumət yenidən şəhərin abadlaşdırılmasına 327 milyon manat ayırıb. Büdcədən şəhərin ifrastrukturunun bərpası üçün ayrılan vəsaitin necə xərcləndiyinə gəlincə, necə deyərlər, görünən dağa nə bələdçi?

Şəhərin asfalt örtüyünün yenilənməsi, yolların təmiri, binaların fasadının ağardılmasına xərclənən vəsaitlər bir yana, bu gün Abutalıbov təkcə Bakıya dekorativ kolların gətirilməsi əməliyyatı ilə milyonlarla manat vəsaitin səmərəsiz xərcəlnməsi və mənimsənilməsinə yol açır. Onu da qeyd edək ki, bir müddət əvvəl Bakıya gətirilən bahalı dekorativ kolların zaman keçdikdən sonra sıradan çıxması məlum oldu. Kifayət qədər böyük məbləğə Bakıya gətirilən dekorativ güllərin alınması, fontanların tikilməsi məsələsinin araşdırılması olduqca zəruridir. Çьnki bu, başdan-başa korrupsiya layihəsi, dövlət əmlakının talanmasıdır.

Bu gün Bakı meri Hacıbala Abutalıbov paytaxtdakı ağacları məhv etməklə məşğuldur. Bu iddianı isbat etmək üçün əlimizdə ağacların məhv edilməsinə dair yüzlərlə fakt var. Ağacların məhvi xüsusi üsullarla həyata keçirilir. Bu sıraya əsasən "budama", ağacların "işıqlandırılması" daxildir. Hacıbala Abutalıbov yeri gəldi-gəlmədi, vaxtı nəzərə almadan ağacları budamaqla onların qurumuş kötüyə çevirir. "Budama əməliyyatı" əsasən çoxillik ağaclara qarşı aparılır. Ağacların "işıqlandırılması" isə daha dəhşətlidir. Bu zaman ağaclar gövdəsində şırımlar açılır və ora çılçıraqlı naqillər yerləşdirilir. Ağacın gövdələnməsinin zədələnməsilə onun inkişafının qarşısı alınır. Bir müddət keçəndən sonra ağac quruyur.

DİA.AZ bildirir ki, ağacların bu şəkildə məhv edilməsi səbəbsiz deyil. Hacıbala Abutalıbov üçün bu, korrupsiya mənbəyidir. Bakı meri ağacaları qurutduqdan sonra onların yerinə yenilərinin əkilməsi lazım olur. Yeni ağaclar isə əsasən xaricdən gətirilən ekzotik ağaclardır ki, onların da qiyməti bir neçə dəfə şişirdilir. Beləliklə də Bakı meriyası ağac cinayəti ilə milyonlarla manat vəsaiti mənimsəyir.

Yeri gəlmişkən, bir müddət əvvəl parkların abadlaşdırılması ilə bağlı 20 molyonluq tenderi Abutalıbovun qardaşına məxsus єirkətin “udduğu” barədə məlumatlar yayıldı. Həmin məlumatlarda bildirilirdi ki, meriyanın 20 milyonluq tenderini “udan” “Alpina-A” şirkəti Abutalıbovun qardaşına məxsusdur: “Bakı şəhər İcra Hakimiyyəti “Alpina-A” şirkəti ilə 4 müqavilə bağlayıb. Podrat müqavilələrinin qiyməti barədə məlumat verilmir. Meriyanın Mənzil-Kommunal Departamenti “Alpina-A” MMC ilə Azadlıq meydanında, Füzuli və Mirzağa Əliyev kьзələri arasındakı ərazidə iki ikimərtəbəli yeraltı qaraj tikintisi üzrə müqavilə bağlayıb. Bundan başqa, bu şirkət şəhərdə yeni fəvvarələr tikəcək, parkları yenidən quracaq, yeni elektrik dirəkləri alıb quraşdıracaq. Bu “möhtəşəm” şirkət barədə heз bir informasiya əldə etmək mümkün olmayıb. İnternetdə onun barəsində məlumat yoxdur. İri məbləğli dövlət sifarişlərini həyata keçirən şirkətin veb səhifəsi də yoxdur.

2011-ci ildə Dövlət Satınalmaları Agentliyinin dərc etdiyi reyestr müqavilələrinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti bu şirkətlə fəvvarələr tikintisi üçün 20 milyon manatlıq müqavilə bağlayıb.

20 milyon manatlıq dövlət sifariєini “udan” “Alpina-A” şirkəti haqqında heç bir məlumat yoxdursa, deməli, bu şirkət birdəfəlik istifadə üçün, daha dəqiq desək, büdcə vəsaitlərini mənimsəmək üçün təsis edilib. Müqavilə müddəti bitəndən sonra həmin şirkət ləğv ediləcək. Bu həm də mənimsəmə faktlarının izini itirmək üçün vacibdir.

Bundan başqa, 2 qaraj və bir neçə parkın yenidən qurulması üçün 20 milyon manat kifayət qədər fantastik məbləğdir. Yəni belə nəhəng yeyintilər üçün birdəfəlik şirkətlər daha “məqbul” sayılır”.
Beləliklə, əvvəllər daha çox dirək korrupsiyası ilə məşğul olan qardaçılar atıq ağac, kol biznesinə girişiblər. Belə ki, son illərdə Bakının müxtəlif yerlərində, xüsusilə də bulvar ərazisində xaricdən bitkilər gətirilərək əkilir. Rəsmi məlumata görə «paytaxtda floranın zənginləşdirilməsi üçün» 4 qitənin (Avropa, Cənubi Amerika, Єimali Amerika, Avstraliya) müxtəlif ölkələrindən 30 növdən çox yeni bitki növü gətirilərək əkilib. Bitkilər əsasən, İtaliya, İspaniya, Hollandiya, Avstraliya, Argentina, Braziliya, Türkiyə, Belçika, Almaniya, Kanar adaları, Meksika bə başqa ölkələrdən gətirilir.

Məlumatlara görə, bitkilərin bir çoxu uzaq ölkələrdən İtaliya və İspaniyaya gətirilir. Bu ölkələrin bəzi ərazilərində iqlim (hava şəraiti, rütubət, torpağın turşuluğu və s.) Abşeron yarımadasına uyğun olduğundan bitkilər orada 1 il adaptasiya-uyğunlaşma dövrü keçirlər. Daha sonra isə gül, kol və ya ağaclar xüsusi (kondisionerli) TIR-lər vasitəsilə Azərbaycana gətirilir. Həmin bitkilər arasında ən böyüyü isə çəkisi 7,5 ton olan baobablardır. Bundan başqa 6,5 tonluq daş palıdlar, 5 tonluq palmalar da iri yeşiklərlə yük maşınları vasitəsilə ölkəmizə gətirilir. Həmçinin uzaq Avstraliya qitəsindən gətirilən qara gövdəli Avstraliya xantarreyalarını da qeyd etmək olar.
Hazırda Belçika və Almaniyadan bəzi növ bitkilərin gətirilməsi istiqamətində iş aparılır.

Amma Milli Parkda xaricdən gətirilən ağacların əksəriyyəti saralıb və «tros»la bağlanıb. Az öncə Argentinadan gətirilən və 215 yaşı olan baobab ağacı tarazlığını itirərək əyilib. Ağacın yıxılmasının qarşısını almaq üçün onu bulvardakı başqa bir ağaca bağladılar. Bu ağacların kökü torpağa yaxşı oturmayıb. Digər ağaclar isə iqlimə uyğunlaşa bilmir. Bir neçəsi isə çürüyüb. Ancaq onları gizlədiblər.

Mətbuatda yazılır ki, xaricdən gətirilən bu ağacların qiyməti bir neçə min manata başa gəlib. Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları da deyir ki, ağacların gətirilmə xərci olduqca bahadır: «Elə ağac var ki, qiyməti 2 min manatdır, amma gətirilmə xərci və mьtəxəssisi ilə birlikdə 5-6 min manata baєa gəlir». İdarənin iєзiləri sцyləyir ki, buradakı ağacların qiyməti çox bahadır: «Hətta 20-30 min manata ağaclar var».

Yeri gəlmişkən, Hacıbala müəllim bir neçə il əvvəl Bakıya 2500-dən çox evkalipt gətizdirmişdi. İndi bu ağacların heç biri yoxdur. Bu, israfçılıqdan başqa bir şey deyil.

Göründüyü kimi, Abutalıbov abadlıq adı altında paytaxtı səhraya çevriməkdə, dəyəri on milyon manatlarla ölçülən korrupsiya əməliyyatlarını davam etdirməkdədir...


Geri qayıt