Əsas Səhifə > Hadisə, Manşet > FƏRHAD ƏLİYEVDƏN SONRAKI XAOS

FƏRHAD ƏLİYEVDƏN SONRAKI XAOS


8-05-2012, 14:45
FƏRHAD ƏLİYEVDƏN SONRAKI XAOS

BİRJADANKƏNAR BAZARDA BAŞ VERƏN ÖZBAŞINALIQLAR

Azərbaycanda birjadankənar qiymətli kağızlar bazarında aktiv proseslər səngimir. Lakin bu ilin martından investorlar bu əqdlərin mövzusu olan aksiyalar barədə ətraflı məlumat al bilmirlər.

Yalnız bu ilin aprelində birjadankənar bazarda səhmlərin alqı-satqısına dair 104 əqd bağlanıb. Bu əqdlərin ümumi dəyəri nominal üzrə 2,9 mln. manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, həmin dövrdə Bakı Fond Birjasında (BFB) ümumi məbləği 400 min manata yaxın səhmlərin təkrar dövriyyəsi üzrə əqd bağlanıb. BFB-nin gündəlik bülletenlərində bu əqdlər barədə informasiya verilir. Başqa sözlə desək, investorlar əsas fond əqdlərinin həyata keçirildiyi birjadankənar əməliyyatlar haqda məlumat almaq imkanlarından məhrumdur.

Azərbaycanda qiymətli kağızlar üzrə birjadankənar əqdlər haqda məlumat ilk dəfə 2012-ci ilin yanvarında açıqlanıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bununla əlaqədar xüsusi qaydalar qəbul edib. Həmin qaydalara əsasən depozitari birjadankənar əməliyyatlar haqda məlumatı BFB-yə təqdim edir və o da öz növbəsində bir gün ərzində onu öz saytında QKDK-nın müəyyən etdiyi qaydada yerləşdirir. Lakin bu il martın 3-dən BFB gözlənilmədən bu məlumatların açıqlanmasını dayandırıb.

Birjanın İdarə Heyətində bunun səbəblərini açıqlamaqdan imtina edirlər.

“Turan” İnformasiya Agentliyi bununla bağlı QKDK-ya müraciət edib. Lakin qurumda baş verənləri şərh etməkdən imtina edirlər.

Qeyd edək ki, bu il martın sonlarında BFB hazırda həbsdə olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus üç səhmdar cəmiyyətinin nəzarət səhm paketlərinin alqı-satqısına dair birjadankənar əqdlər haqda məlumatı açıqlayıb. F.Əliyevin həbsindən sonra onun müvəkkil adamlarını 10-dan çox ASC-nin səhmini başqa şəxslərin adlarına sənədləşdirməyə məcbur ediblər. “Turan”-ın məlumatına görə, bu əqdlər formal xarakter daşıyıb.


Geri qayıt