Əsas Səhifə > Siyasət, Manşet > ELDAR MAHMUDOVA QARŞI KOALİSİYA YARANIR

ELDAR MAHMUDOVA QARŞI KOALİSİYA YARANIR


8-05-2012, 13:27
ELDAR MAHMUDOVA QARŞI KOALİSİYA YARANIR

RÖVNƏQ ABDULLAYEVİN HƏLƏ DƏ MTN ŞEFİ POSTUNDA GÖZÜ VAR

DİA.AZ: - Redaksiyamıza Dövlət Neft Şirkətinin daxilində cərəyan edən olaylarla bağlı çox ilgincğ faktlar daxil olub. Xatırladaq ki, 2005-ci ilin parlament seçkilərindən sonra siyasi arenaya daxil olan ARDNŞ-nin hazırki rəhbəri Rövnəq Abdullayev buna qədər Bakı Neft Emalı Zavodunun müdiri idi. Əsas rəqibi - keçmiş rəsulçu Rza İbadovu yendikdən sonra qarşısında böyük bir karyera yüksəlişi yolu açılan Rövnəq Abdullayev sürətlə irəliləməyə başladı ki, bu gün artıq onu ölkənin stajlı oliqarx-məmurları ilə hətta yan-yana da qoyurlar.

Məsələ o həddədir ki, hətta Rövnəq Abdullayev hakimiyyətin bir nömrəli sponsorlarından birinə çevrilməklə yanaşı, həm də ayrı-ayrı postlara kadr hazırlama sevdasına da düşüb. Bildirək ki, əvvəllər də Rövnəq Abdullayevin bu kimi cəhdləri var idi. Bəzən uğurlar qazanan və nəticədə «Azərqaz» kimi mühüm bir obyekti monapoliyası altına alan ARDNŞ prezidentinin bir sıra həmlələri isə hələlik uğursuzluqla nəticələnib. Söhbət Rövnəq Abdullayevin Milli Təhlükəsizlik Naziri postuna kadr hazırlama təşəbbüslərindən gedir.

Əslində Rövnəq Abdullayevin belə bir niyyətdə bulunmasının hansısa uğurlu sonluqla bitəcəyini gözləmək də ağılsızlıqdır. Amma ARDN prezidenti cəhd etməyin özünün bir uğur olduğunu düşünən mövqedən çıxış edərək, keçmişdə milli təhlükəizlik nazirliyi əməkdaşı olan,ğ hazırda isə ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi postunu tutan Rəşad Əliyevi MTN-nə rəhbər gətirə bilməsi üün son günlər daha da aktivləşib.

Bildirək ki, Rəşad Əliyev Namiq Abbasovun dönəmlərində MTN-də çalışıb və müxalifət cameəsinə bu ad olduqca tanışdır. Çünki birbaşa olaraq müxalif mətbuatla sıx təmaslarda olan Rəşad Əliyevin yetərincə jurnalist «dostları» da var.

2005-ci ilin parlament seçkilərində isə bu adam Rövnəq Abdullayevin seçki qərargahına rəhbərlik etdi. Təbii ki, o zamanlar Bakı Neft Emalı Zavoduna rəhbərlik edən Rövnəq Abdullayev üçün Rəşad Əliyev çox lazımlı bir kadr idi. Hər halda, mətbuatla isti əlaqələrinin olması Rəşad Əliyevə seçki kampaniyasında müdafiə etdiyi namizədin təbliğatının qurulması üçün çox gərəkli oldu. Beləcə, hətta müxalifət qəzetlərində belə təbliğat imkanı əldə edən Rövnəq Abdullayev ARDNŞ-ə rəhbər gəldikdən sonra Rəşad Əliyevi özü ilə bərabər yuxarılara daşımağa başladı.

Bu gün Rəşad Əliyevin əlində böyük bir ordu var. Onun rəhbərlik etdiyi ARDNŞ Təhlükəsizlik İdarəsinin 4 min əməkdaşının olması da faktdır. Bu isə artıq böyük bir ordu deməkdir. Bildirək ki, hələlik həmin ordudan Rövnəq Abdullayev evlərini plana salaraq dağıtdığı vətəndaşlara qarşı istifadə etməkdədir. Onlar sanki hansısa böyük bir döyüşün sınaq mərhələsindən keçir və Rəşad Əliyevin dəstəsinin hər bir üzvü sanki böyük bir imtahan üçün sınaq imtahanı verirmişlər kimi, rəhbərlərinin əmrlərini xüsusi amansızlıqla icra etməkdədirlər.

Sulutəpədə baş verən sonolaylar da təsdiqlədi ki, Rəşad Əliyevin Rövnəq Abdullayev üçün yaratdığı bu quldur dəstəsi bütün amansız işlər üçün tam yararlıdır. Hər halda, yuxarıların verdiyi tapşırıqların xüsusi amansızlıqla icrasının özü belə fərdi vəhşiliyin təcəssümü hesab olunmalıdır. Yəni patron əmr verə bilər, amma bu əmri icra edərən insanlığın tamamən unudulması artıq bir ideoloji prosesin həyata keçirildiyinin də təcəssümüdür.

Bu barədə DİA.AZ-ın əldə etdiyi bilgilərdən belə aydın olur ki, Azərbaycan dövlətinin neftdən gələn gəlirlərindən oğurlanan pulların bir qismi məhz həmin quldur dəstəsinin təşkilinə xərclənməkdədir. Bu barədə danışan bilgili qaynaqlar iddia edir ki, olduqca yüksək maaş və əlavə pulla mükafatlanan ARDNŞ Təhlükəsizlik İdarəsinin əməkdaşlarının böyük əksəriyyətinin milli kimlikləri də şübhəlidir. Mənbəmizə görə, aralarında xeyli sayda Türkiyədən və İrandan köçmə kürdlərin yer aldığı bu dəstələrin əslində yerli camaata qarşı bu qədər aqressiv olmasının səbəbi də məhz milli məsələ ilə əlaqədardır.

Əsas olanı heç də bu deyil. Mənbəmiz iddia edir ki, Sulutəpədəki vəhşiliklərin ardından yaratdığı dəstənin və onun başçısı Rəşad Əliyevin qəhrəmanlıqlarını yuxarılara tama fərqli formada çatdıran Rövnəq Abdullayev öz adamının, yəni ARDNŞ Tİ-nin rəhbəri Rəşad Əliyevin artıq daha yüksək mərtəbələrə layiq olduğunu da israrla bildirməkdədir.

Məlumatlara görə, bir neçə çevrə ilə MTN-nin hazırki rəhbərliyinə qarşı anlaşma əldə edən Rövnəq Abdullayev hətta Eldar Mahmudova əks cinahda dayanan qüvvələrə də müttəfiqlik təklif edib. Mənbəmiz iddia edir ki, həmin qütblərlə təmasa keçən ARDNŞ prezidenti onlara bildirib ki, «siz Eldar Mahmudovdan canınızı qurtarırsınız, mən də adamımı nazir təyin etdirirəm».

Artıq bu yöndə konkret olaraq Prezident Administrasiyasının hazırki rəhbərliy ilə anlaşdığı bildirilən Rövnəq Abdullayevin zamanında Eldar Mahmudov tərəfindən hədəfə alınmış digər hakimiyyətiçi qruplaşmalarla da razılaşma əldə etdiyi söylənilir.

Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt