Əsas Səhifə > Hadisə > 79 YAŞLI KİŞİ NİYƏ İNTİHAR EDİB?
79 YAŞLI KİŞİ NİYƏ İNTİHAR EDİB?8-05-2012, 12:43 |
GÖYÇAYDA MÜDHİŞ ÖZÜNƏQƏSD Azərbaycanın Ağdaş rayonunda intihar hadisəsi qeydə alınıb. APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 10:00 radələrində Yuxarı Şirvan kanalının Göyçay və Ağdaş rayonlarının sərhədindən keçən hissəsində qeydə alınıb. Göyçay rayonunun Potu kənd sakini 1933-cü il təvəllüdlü İsmayılov İsmayıl Bağı oğlu balıq tutmaq adı ilə evdən çıxıb və əşyalarını kanalın kənarında qoyaraq özünü suya atıb. Hazırda Göyçay və Ağdaş rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 79 yaşlı kişinin meyitinin axtarış işləri davam etdirilir. Onun intihar etdiyi bildirilsə də, balıq tutarkən ayağının sürüşərək kanala düşməsi ehtimalı da araşdırılır. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Geri qayıt |