Əsas Səhifə > Hadisə > ZAQATALA ZƏLZƏLƏSİNDƏN ƏVVƏLDƏN XƏBƏRİMİZ OLUB

ZAQATALA ZƏLZƏLƏSİNDƏN ƏVVƏLDƏN XƏBƏRİMİZ OLUB


8-05-2012, 12:16
ZAQATALA ZƏLZƏLƏSİNDƏN ƏVVƏLDƏN XƏBƏRİMİZ OLUB

BƏS NİYƏ TƏDBİR GÖRÜLMƏYİB?

Mayın 8-i saat 00.00-dan səhər saat 08.00-dək Zaqatalada 20-dən çox yeraltı təkan qeydə alınıb. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, ümumilikdə dünən səhər saatlarından Zaqatala ərazisində maqnitudası 1-dən yuxarı olan 100-dən çox təkan baş verib. Hazırda rayon ərazisində sakitlik olsa da, xırda hiss olunmayan təkanlar yenə də qeydə alınır: “Bu təkanlar hələ xeyli müddət davam edəcək. Belə təkanların olması, enerji boşalması təbii haldır”.

Q. Yetirmişli bildirib ki, hazırda Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov zəlzələ bölgəsindədir: “Ölkə prezidentinin tapşırığı ilə dağıntıların miqyası dəqiqləşdirilir, zəlzələdən ziyan çəkən evlərin siyahısı tutulur”.

Baş direktor Zaqatala ərazisində baş verən zəlzələnin Ayın Yerə yaxınlaşması ilə əlaqəsinin olmadığını da bildirib: “Əgər bu ocaqda aktivlik olmasaydı, zəlzələ baş verməzdi. Yanvarın əvvəlindən bu ocaqda aktivlik müşahidə edilirdi və 16-dək təkan qeydə alınmışdı”.

Geri qayıt