Əsas Səhifə > Siyasət, Manşet > QUBANIN SABİQ İCRA BAŞÇISI HƏBS OLUNDU VƏ…
QUBANIN SABİQ İCRA BAŞÇISI HƏBS OLUNDU VƏ…8-05-2012, 12:09 |
RAUF HƏBİBOVU HİMAYƏ EDƏNLƏR ONUN DƏRHAL BURAXDIRA BİLİBLƏR DİA.AZ: - Qubada 1 mart tarixində baş verən olayların müəmması hələ də davam etməkdədir. Bildirək ki, həmin hadisələr zamanı devrilmiş sabiq icra başçısı Rauf Həbibov son zamanlar mətbuatda fəallıq nümayiş etdirərək, onun görəvdən alınmasını yetişdirən məlum hadisələrdə maraqlı tərəf kimi gördüyü qubalı deputat Vahid əhmədova qarşı bir cəbhə açıb. Bildirək ki, elə Vahid Əhmədovun özü də dinc dayanmayaraq keçmiş başçı ilə ədavətini sürdürməkdədir. Bir sözlə, mətbuat bu gün tərəflərin poliqonuna çevrilib. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, Vahid Əhmədov Rauf Həbibova bir-birinin ardından samballı zərbələr vurmağa müvəffəz olub. Qeyd edək ki, bir neçə gün əvvəl Rauf Həbibovun özü də Qubadakı 1 mart olaylarını araşdıran istintaq qrupu tərəfindən dindirilmişdi və bu barədə yayılan məlumatlarda vurğulanırdı ki, hətta başçı həbs də oluna bilər. Məlumatlı mənbənin sözlərinə görə, dünən təkrarən istintaqa çağrılan icra başçısı gecə saatlarına qədər saxlanılıb: «Əslində bunun adına həbs də demək olar. Sadəcə olaraq, Rauf Həbibovun arxasında dayanan qüvvələr son anda onun azad edilməsinə nail olublar». Mənbəmiz əlavə olaraq qeyd edib ki, amma yenə də Rauf Həbibovun başı üzərindən qara buludlar çəkilməyib: «Hər halda, artıq tərəflərin bir-birinə qarşı cəbhə açmaları faktdır və kimin kimi yenəcəyi yalnız hadisələrin inkişaf axarından görünəcək. Hələlik qalib mövqedə dayananı Vahid Əhmədovdur. Ən azından onun əlində bir nailiyyəti var: Rauf Həbibovun devrilməsi»… Məlumatlı qaynaq bununla həm də onu iddia edir ki, əslində Lənkərandan olan Rauf Həbibova «torbanın tikilməsində» fəal iştirakçılardan biri elə Vahid Əmədovun özü olub… Geri qayıt |