Əsas Səhifə > Hadisə, Manşet > ŞOK: KEÇMİŞ MƏMURUMUZ HƏBS OLUNA BİLƏR

ŞOK: KEÇMİŞ MƏMURUMUZ HƏBS OLUNA BİLƏR


7-05-2012, 15:04
ŞOK: KEÇMİŞ MƏMURUMUZ HƏBS OLUNA BİLƏR

PREZİDENT ADMİNİSTRASİYASINDA MÜDHİŞ PLAN CIZILIB

DİA.AZ: - Redaksiyamıza hakimiyyət daxilindən çox ilginc bir məlumat daxil olub. Belə ki, məlumatı verən mənbə bir zamanlar yüksək postu tutmuş sabiqlərdən birinə qarşı Prezident Administrasiyasında plan hazırlandığını iddia edir.

Bildirək ki, həin şəxsin kimliyi ilə bağlı mənbəmiz DİA.AZ-a əlavə bilgi verməsə də, yalnız bunları söylədi ki, hədəfə alınan şəxs YAP iqtidarının nazirlərindən olub:

«Həmin şəxsin birbaşa olaraq Ramiz Mehdiyevin hədəfinə çevrilməsi də təsadüfi deyil. Çünki onun devrilməsində də PA rəhbərinin müstəsna xidmətləri olub. Və ona qarşı uzun müddət idi ki, bir fürsət gözlənilirdi, nəhayətdə həmin sabiq məmur özünü tələyə salmağa müvəffəq olub».

Mənbəmizə görə, uzun müddətdən bəri PA rəhbərinin xüsusi göstərişi ilə nəzarət altında olan sözügedən keçmiş məmur Ramiz Mehdiyevə qarşı ayrı-ayrı yerlərdə kampaniya aparmaqla yanaşı, həm də onunla bağlı çox ciddi faktların əldə edilməsinə çalışıb. Bu xəbəri alan Ramiz Mehdiyev ondan qisas almağa çalışan həmin keçmiş məmurun özünü tələyə salmağa müvəffəq olub.

Daxil olan məlumatlarda bildirilir ki, Mehdiyevlə rəqabət aparan sabiq nazir bu günlərdə keçmiş səhiyyə naziri Əli İnsanovun yaxın adamları ilə görüşüb: «Dərd bu deyil. Həmn məclisdə Müsavat Partiyasının funksionerlərindən biri də iştirak edib ki, bununla da sabiq məmurun «torbası tikilib». Artıq ələ düşən fürsəti qaçırmayan Ramiz Mehdiyev onun davranışları və hərəkətləri ilə bağlı tam bir dosya hazırlayaraq, əlində hələ də çox cidi iqtsadi rıçaqlar olan keçmiş məmurun barəsində «hakimiyyətə qarşı çıxma», «müxalifətlə şübhəli əlaqələr» formasında rəylər yaratmağa müvəffəq olub».

Mənbəmiz bildirir ki, yaxın günlərdə sabiq nazirə qarşı bir hərəkətlənmə olacaq: «Ola bilsin ki, onu hətta həbs də etsinlər. Məsələ bu həddə ciddidir. Çünki adam çox pis formada ilişib».

Geri qayıt