Əsas Səhifə > Hadisə > PENSİYALARIN ARTIB-ARTMAYACAĞI BƏLLİ DEYİL

PENSİYALARIN ARTIB-ARTMAYACAĞI BƏLLİ DEYİL


7-05-2012, 11:21
PENSİYALARIN ARTIB-ARTMAYACAĞI BƏLLİ DEYİL

BUNU HÖKUMƏT DƏ BİLMİR

Azərbaycanda bu il ərzində pensiyalarda artım olub-olmayacağı hələlik məlum deyil.

Bunu “APA-ECONOMICS”ə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, pensiyaların artırılmasına bilavasitə Fondun daxilolmaları və dövlət büdcəsinin gəlirləri ilə cari vəziyyət təsir edir: “Hazırkı daxilolmalar və dövlət büdcəsində edən transfertlər son artırmaların ödəməyə tam təmin edir”.

Qeyd edək ki, pensiyanın baza hissəsinin son artımı ötən ilin yayında baş verib ki. O vaxt pensiyanın baza hissəsi orta hesabla 40% artırılıb. Bundan sonra bu ilin əvvəlində 2011-ci ilin inflyasiyaya (7,9%) uyğun olaraq baza hissəsinin indeksləşmə aparılıb.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Fondun gəlirləri 689,6 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 32,5% çoxdur.


Geri qayıt