Əsas Səhifə > Hadisə > ZAQATALADA 2-Cİ ZƏLZƏLƏ DƏ OLDU
ZAQATALADA 2-Cİ ZƏLZƏLƏ DƏ OLDU7-05-2012, 11:18 |
RAYONUN HAVA LİMANINA TƏSİR OLMAYIB «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat verib. Onun sözlərinə görə, baş vermiş zəlzələ Zaqatala aeroportunun binasına ciddi təsir etməyib: «Bəzi yerlərdə aeroport binasının suvağı tökülüb, elektron qapılar sıradan çıxıb. Buna baxmayaraq, uçuş-enmə zolaqları normal şəraitdədir və bugünkü Bakı-Zaqatala-Bakı aviareysi adi qaydada yerinə yetiriləcək». Qeyd edək ki, Bakıdan Zaqatalaya uçuşlar hər həftənin I və V günləri saat 15:00-da yerinə yetirilir. Xatırladaq ki, bu gün saat 09:40 radələrində Zaqatala rayon mərkəzindən 17 km cənub-qərbdə 5,5 maqnitudada (12 ballıq şkala üzrə 7 bala yaxın), 10-12 km dərinlikdə zəlzələ baş verib. Yeraltı təkanlar ətraf rayonlarda, habelə, Gəncə-Qazax, Mərkəzi Aran, Qarabağ və bölgələrdə də hiss olunub. Tikililərdə dağıntı var. İnsan itkisi yoxdur. Bu arada xəbər verilir ki, Zaqatala rayonunda ikinci zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, yeraltı təkan yerli vaxtla saat 10:38-də Zaqatala rayonundan 16 km cənubi-qərbdə zəlzələ qeydə alınıb. Zəlzələnin dərinliyi 11 km, maqnitudası 4,5 olub. Geri qayıt |