Əsas Səhifə > Gündəm, Manşet > ETİBAR ƏLİYEVİN GİZLİ PULLARI ÜZƏ ÇIXIR

ETİBAR ƏLİYEVİN GİZLİ PULLARI ÜZƏ ÇIXIR


5-05-2012, 12:59
ETİBAR ƏLİYEVİN GİZLİ PULLARI ÜZƏ ÇIXIR

HƏBSDƏ OLAN BANKİRİ QIRĞIZISTANLA HANSI TELLƏR BİRLƏŞDİRİR?

DİA.AZ: - Hazırda müşahidə şurasının sədri həbsdə olan «TexnikaBank»la bağlı redaksiyamıza yeni məlumat daxil olub. Bu barədə DİA.AZ-a müraciət edən oxucularımızdan biri bildirir ki, Etibər Əliyev həbsdə olsa da, onun hələ xeyli tətftiş olunası şübhəli iqtisadi rıçaqları var.

Mənbənin redaksiyamıza bildirdikləri: «Etibar Əliyevin qardaşlarından biri Qırğızıstanda sahibkarlıq fəaliyyəti ilə məşğul olur ki, ona da bu imkanı Etibar Əliyev yaradıb. Yəni dolayı yollarla «TexnikaBank» və digər xəttlərlə əhalidən oğurlanan pullar Qırğızıstandakı əlaqələr hesabına «çirkli pul» statusundan təmizlənməkdədir».

Mənbəmiz iddia edir ki, yeni yaranmış «Molbulak» BOKT-də də Etibar Əliyevin Qırğızstandakı qardaşınınmüstəsna iştirakı var: «Həmin əlaqələri də Etibar Əliyev şəxsən formalaşdırıb. O, dəfələrlə Qırğızstanda işgüzar səfərlərdə olub».

Mənbəmiz bildirir ki, «Molbulak» BOKT 4 aydır fəaliyyətə başlayıb və ilkin nizamnamə kapitalı 25 milyon manat göstərilib ki, həmin pullar da Azərbaycandan oğurlanan vəsaitdir: ««TexnikaBank» xətti ilə oğurlanan pullar Azərbaycanda başqa adla dövriyyəyə buraxılır. Bundan əlavə, «Kredo-Aqro» BOKT-də də Etibar Əliyevin qardaşlarının adına 5 milyon manatlıq səhm var. Ki, nədənsə bütün bunlrı hüquq-mühafizə orqanları araşdırmaq istəmirlər. Hər halda, həmin vəsaitin mənşəyi ilə maraqlandıqda bir çox mətləblərin üstünü aça bilərlər».

Bildirək ki, həmin vəsait USAİD-in vasitəsilə ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün əvəzsiz olaraq ayrılsa da, 2010-cu ildə Etibar Əliyevlə Eldar Cəfərov həmin pulları naməlum şəraitdə öz adlarına keçirməyə müvəffəq olublar.

Onu da bildirək ki, redaksiyamız Etibar Əliyevin Qırğızıstandakı «işgüzar fəaliyyəti» ilə bağlı ilginc faktlar əldə edib və yaxın vaxtlarda həmin materialları da diqqətinizə çatdıracağıq. Bizi izləyin…

Geri qayıt