Əsas Səhifə > Cəmiyyət, Manşet > HACIBALA ABUTALIBOVUN ÜZÜ YENƏ DANLANDI

HACIBALA ABUTALIBOVUN ÜZÜ YENƏ DANLANDI


4-05-2012, 16:16
HACIBALA ABUTALIBOVUN ÜZÜ YENƏ DANLANDI

PREZİDENT ADMİNİSTRASİYASINDA FÖVQƏLADƏ İCLAS

DİA.AZ: - Məlum olduğu kimi, az qala bütün dövlət qurumları «Avroviziya-2012» mahnı yarışmasına ciddi şəkildə tədarük görməkdədir. Dövlətin bütün resursları bu yarışmada Azərbaycanın üzüağ çıxması üçün səfərbər olunub.

Bu barədə DİA.AZ-ın əldə etdiyi son bilgilərdən belə aydın olur ki, Prezident Administrasiyasında qeyri-rəsmi şəkildə yarışma ilə əlaqədar toplantı olub. Toplantıya az qala bütün hökumət üzvləri qatılıb.

Mənbəmiz bildirir ki, aparılan işlərin ləngliyi də ciddi şəkildə dartışılıb.

Qeyd edək ki, yarışmaya yetişə bilmədiyindən Bayıl qəsəbəsinin ərazisində iki yol xətti tələm-tələsik şəkildə çəkilib ki, sözügedən toplantıda bu işə məsul olan Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ciddi şəkildə danlanılıb.


Geri qayıt