Əsas Səhifə > Cəmiyyət > BMT-DƏKİ NÜMAYƏNDƏMİZ AZƏRBAYCANDAN XƏBƏRSİZDİR

BMT-DƏKİ NÜMAYƏNDƏMİZ AZƏRBAYCANDAN XƏBƏRSİZDİR


4-05-2012, 13:25
BMT-DƏKİ NÜMAYƏNDƏMİZ AZƏRBAYCANDAN XƏBƏRSİZDİR

BELƏ GÖRÜNÜR

Azərbaycanın BMT TŞ-də sədrliyə başlaması ilə əlaqədar səfir Aqşin Mehdiyev Nyu Yorkda mətbuat konfransı keçirərək iş planları barədə danışıb. Sonra jurnalistlər Azərbaycanda daxili vəziyyətlə bağlı bir neçə sual veriblər. Əsasən söz və ifadə azadlığının səviyyəsinə dair beynəlxalq təşkilatların reytinqlərində Azərbaycanın son yerlərdən birində olması və jurnalistlərin həbs edilməsinin səbəbləri ilə bağlı sual verilib.

A. Mehdiyev bildirib ki, Azərbaycanda adamlar nə istəsələr yaza və danışa bilər, qəzetlərdə senzura yoxdur. Jurnalistlərə gəlincə, “bəzi məhkum olunmuşlar özlərini jurnalist adlandıra bilər, lakin onlardan heç kim öz siyasi baxışlarına görə həbs olunmayıb”.

Geri qayıt