Əsas Səhifə > Siyasət, Manşet > MİSİR MƏRDANOVU GETMƏYƏ QOYMURLAR

MİSİR MƏRDANOVU GETMƏYƏ QOYMURLAR


4-05-2012, 13:03
MİSİR MƏRDANOVU GETMƏYƏ QOYMURLAR

TƏHSİL NAZİRİ YENƏ İSTEFA VERİB, YENƏ DƏ ƏRİZƏSİ GERİ QAYTARILIB

DİA.AZ: - Təhsil nazirliyi daxilində çox təlatümlü olaylar baş verməkdədir. Artıq bir sıra mövqelərini itirmək zorunda qalan nazir Misir Mərdanov baş verənlərə nəzarət imkanının və yaxud da müqavimət göstərmə şansının olmadığını yaxşı başa düşdüyündən hadisələri taleyin axarına belə buraxmaq istəmir.

Bu barədə DİA.AZ-a məlumat verən təhsil nazirliyindəki etibarlı mənbənin sözlərindən belə aydın olur ki, digər tərəfdən də hazırda məhkəmə istintaqı həyata keçirilən Orxan Kərimovla bağlı təlaş keçirən Misir Mərdanov artıq cana doyduğunu və vəzifəsindən getmək istədiyini yaxın çevrəsinə bildirib.

Onu da bildirək ki, Misir Mərdanovun sağlıq durumunda da müəyyən problemlərin yaranması ilə bağlı məlumatlar almışıq. Gələn xəbərlərə görə, son zamanlar Milli Park ərazisində gecə yürüşlərini də axsadan Misir Mərdanovun səhhətində problemlər var. Mənbəmiz əlavə olaraq bildirib ki, bütün bunları üst-üstə həzm edə bilməyən nazir təkrarən istefa ərizəsi yazsa da, onun bu addımı da «yuxarılar» tərəfindən qəbul olunmayıb.

Onu da bildirək ki, mətbuatda gəzən söz-söhbətlərə görə, Misir Mərdanov bu vaxta kimi 3 dəfə istefa ərizəsi yazıb. Sonuncu dəfə isə builki dərs ilinin başlanğıcında, yəni keçən ilin sentyabr ayında Misir Mərdanov vəzifəsinin tərk etmək istədiyini «yuxarıların» nəzərinə çatdırsa da, onun bu addımı qəbul edilməyib.

Xatırladaq ki, nazir hətta bu addımı ilə bağlı mətbuat qarşısında dolayı açıqlamalar da vermişdi. Bildirmişd ki, o da yaş senzi ilə əlaqədar istefa verə bilər və bu, təbii bir prosesdir. Sonradan aydın oldu ki, əslində Misir Mərdanov elə istefa ərizəsi yazımbış. Sadəcə olaraq, buna imkan verilməyib. Və aydın olur ki, nazirin dördüncü istefa ərizəsi də cırılaraq zibil qutusuna göndərilib.


Geri qayıt