Əsas Səhifə > Siyasət, Manşet > ŞƏKİNİN SABİQ İCRA BAŞÇISI HƏDƏFDƏ

ŞƏKİNİN SABİQ İCRA BAŞÇISI HƏDƏFDƏ


4-05-2012, 12:04
ŞƏKİNİN SABİQ İCRA BAŞÇISI HƏDƏFDƏ

İNTİHARA GÖRƏ CABBAR MURADLIYA QARŞI CİNAYƏT İŞİ AÇILA BİLƏR

DİA.AZ: - Keçən il vəzifəsindən çıxarılan Şəkinin sabiq icra başçısı Cabbar Muradlıya qarşı cinayət işi açıla bilər. Bu barədə məlumatı DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı qaynaqlar verib.

Xatırladaq ki, Cabbar Muradlı antikorrupsiya dönəminin ən qaynar vaxtında qurban verilən kadrlardan biri idi. Vəzifəyə yeni təyin olunmasına və Şəkidə icra hakimiyyətinə bir illik müddət ərzində rəhbərlik etməsinə baxmayaraq, hakimiyyət Cabbar uradlı ilə yollarını aırmalı oldu. Onun adı bir sahibkarı ölüm həddinə çatdırmaq ittihamında hallandırılsa da, həmin ərəfədə icra hakimiyyətinin iki məsul şəxsi şərti olaraq cəzalandırıldılar. Cabbar Muradlı isə məsuliyyətdən kənarda qaldı.

Bunları xatırladan mənbəmiz vurğulayır ki, əslində həmin ərəfəə mühakimə olunan şəxslərin olaya heç bir aidiyyatlarının olmadığı məlum olmuşdu və aydınlaşmışdı ki, özünü çaya ataraq intihar edən şəkili sahibkar Cabbar Muradlının qurbanıdır.

Mənbəmiz bildirir ki, Cabbar Muradlını bitirmək istəyən bəzi qüvvələr yenidən bu məsələni qaldırıblar: «İstintaq işinin yenilənməsi gözlənilir və ola bilsin ki, Cabbar Muradlı həbs edilsin».

Mənbəmiz əlavə olaraq onu da bildirdi ki, Cabbar Muradlı buna qədər də bir neçə dəfə dindirilib: «Lakin kimlərinsə xahişi və verilən rüşvətlər icra başçısını qoruyub. İndi isə sifariş daha «yuxarı» yerlərdən gəlib».

Xatırladaq ki, Cabbar Muradlının adı Şəkidə başqa bir qalmaqalda da hallandırılır. Belə ki, sabiq icra başçısı Şəki bazarı ilə bağlı yaranmış konfliktdə də əsas şikayət hədəfidir və onun bu əməllərindən də müvafiq dövlət qurumlarına şikayət ünvanlanıb.

Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edir…


Geri qayıt