Əsas Səhifə > Hadisə > LEYLA SEYİDBƏYLİYƏ VƏZİFƏ VERİLDİ

LEYLA SEYİDBƏYLİYƏ VƏZİFƏ VERİLDİ


3-05-2012, 16:24
LEYLA SEYİDBƏYLİYƏ VƏZİFƏ VERİLDİ

O, NEFTÇİLƏR XƏSTƏXANASINA RƏHBƏR TƏYİN OLUNUB

Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyovanın tutduğu vəzifədən azad edilərək başqa işə keçirilməsi haqqında məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, L. Seyidbəyova Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliyə əsasən, tutduğu vəzifəsindən azad edilib. Məlumatda bildirilir ki, əməkdar həkim Leyla Seyidbəyovanın böyük praktiki iş təcrübəsi nəzərə alınaraq o, əmək müqaviləsi əsasında Mərkəzi Neftçilər Xəstəxanasına direktor vəzifəsinə təyin olunub.

Məlumatda o da bildirilir ki, Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsinə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Elmira Əliyeva təyin edilib.

Geri qayıt