Əsas Səhifə > Cəmiyyət > QUSARDA SİLAHLILAR HƏBS OLUNUB

QUSARDA SİLAHLILAR HƏBS OLUNUB


3-05-2012, 14:06
QUSARDA SİLAHLILAR HƏBS OLUNUB

ONLARDAN 4-Ü BEYNƏLXALQ AXTARIŞDA İMİŞ

Azərbaycanının Qusar rayonunda “Sərhəd-sipər” əməliyyatı çərçivəsində beynəlxalq axtarışda olan 4 nəfər saxlanılıb və külli miqdarda silah-sursat aşkar edilərək götürülüb. Qusar rayon Polis Şöbəsindən APA-ın şimal bürosuna verilən məlumata görə, əməliyyat çərçivəsində Qusar rayonunda axtarışda olan 10 nəfər saxlanılıb.

Onlardan 4-ü beynəlxalq axtarışda olan, 2 nəfər isə itkin düşən şəxs olub. Bundan başqa 1 ədəd “AK” tipli avtomat silahı, 6 ədəd sandıqca, 2 ədəd tapanca, 3 ədəd yivli tüfəng, 10 ədəd lüləsi, kəsilmiş ov tüfəngi, 3 ədəd F1 qumbarası, 4 ədəd süngü bıçaq, 1 ədəd tank əleyhinə mina, 2 ədəd qaz tapançası, müxtəlif tipli 251 ədəd patron aşkar edilərək götürülüb.


Geri qayıt