Əsas Səhifə > Güney Press / Manşet > GÜRCÜSTANDAN DEPUTATA ETİRAZ GƏLDİ

GÜRCÜSTANDAN DEPUTATA ETİRAZ GƏLDİ


2-05-2012, 15:51
GÜRCÜSTANDAN DEPUTATA ETİRAZ GƏLDİ

BORÇALIDAKI TƏŞKİLATLAR SABİR RÜSTƏMXANLIYA QARŞI

DİA.AZ: - Daha bir konfliktin təməli atılır. Bildirək ki, redaksiyamıza Gürcüstanda fəaliyyət göstərən ictima birlik və qeyri-hökümət təşkilatlarının birgə bəyanatı daxil olub və bəyanatda deputat Sabir Rüstəmxanlının ünvanına ittihamlar da yer alıb.

DİA.AZ-a daxil olan bəyanatın mətnində deyilir:

“Gürcüstanda fəaliyyət göstərən İctimai birlik və Qeyri-hökümət təçkilatları Dünaya Azərbaycanlıları Konqresindən (DAK) ayrılmış bir qrupun DAK adına Ukraynanın Doneçk şəhərində Qurultay keçirmiş və həmin tədbirə nümayəndə kimi Gürcüstanda yaşayan soydaşlarımızdan və təşkilat nümayəndələrindən heç kimi dəvət etməmiş, bu azmış kimi məsləhətləşmədən, İctimai birlik və QHT-lərin mövqeyini nəzərə almadan Azərbaycan vətəndaşı olan bir şəxsi DAK-ın Gürcüstan nümayəndəsi təyin etmişdir.

Biz İctimai birlik və QHT rəhbərləri hörmətli Sabir Rüstəmxanlının bu qədər böyük səhvə yol verəcəyini gözləmirdik və buna çox təəsüflənirik. Borçalılara “Sürü” deyərək onları təhqir edən bir Azərbaycan vətəndaşının DAK-ın Gürcüstan nümayəndəsi təyin edilməsi yolverilməz haldır. Bu Borçalılara, Gürcüstan türklərinə qarşı böyük hörmətsizlikdir.

Hörmətli Sabir bəyin diqqətinə çatdırmağı özümüzə borc bilirik ki, DAK-ın Gürcüstan nümayəndəsi Gürcüstanda fəaliyyət göstərən, Gürcüstan vətəndaşı olan və bütün cəmiyyət tərfindən qəbul edilən bir şəxs olmalıdır”.

Qeyd edək ki, bəyanatı aşağıdakı təşkilatlar imzalayıb:

Borçalı Milli Hərakatının (BMH) Sədri İsmayıl Qacar,

“Gürcüstan Mənim Vətənimdir” Təşkilatının Sədri Əli Babayev,

Gürcüstan Azərbaycanlı Jurnalistlər Federasiyasının (GAJF) Sədri Niyazi Hüseynov,

Böyük Birlik Təşkilatının (BBT) Başkanı Əsəd Əliyev,

Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) Prezidenti Süleyman Əliyev,

Gürcüstan Türk Qadınlar Komitəsinin (GTQK) Sədri Sara Səfixan,

Borçalı Gənc Türklər İttifaqının (BGTİ) Başkanı Tamir Süleymanov,

Gürcüstan Gənc Azərbaycanlılar Assaosiyasiyası “Amal” Sədri İsrail Məhərrəmov,

Borçalı Gənc Demokratlar Mərkəzinin (BGDM) Sədri Rövnəq Şahverdili,

GAMA Gənclər İttifaqının Sədri Şahin Bayramov,

Gürcüstan Türkləri Konfederasiyasının (GTK) Prezidenti Daşqın Gülməmmədov.

2 may 2012-ci il, Marneuli şəhəri, Gürcüstan.

Onu da bildirək ki, DİA.AZ olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


Geri qayıt