Əsas Səhifə > Cəmiyyət > ZİYA MƏMMƏDOVUN QOÇULARI İŞ BAŞINDADIR

ZİYA MƏMMƏDOVUN QOÇULARI İŞ BAŞINDADIR


2-05-2012, 13:36
ZİYA MƏMMƏDOVUN QOÇULARI İŞ BAŞINDADIR

DAHA BİR TAKSİ SÜRÜCÜSÜ DÖYÜLÜB

Nəqliyyat Departamentinin əməkdaşları ilə taksi sürücüləri arasında növbəti dava. Bu gün səhər saatlarında Əzizbəyov dairəsində Nəqliyyat Departamentinin əməkdaşları ilə taksi sürücüləri arasında növbəti dava düşüb.

Departamentin bir neçə əməkdaşı Binə qəsəbəsinə işləyən taksi sürücülərinin sənədlərini əllərindən alıb qaçmaq istəyərkən sürücülər buna etiraz ediblər. Bir neçə dəqiqədən sonra söz davası əlbəyağa çevirilib. Məlumata görə, dava nəticəsində heç kimə ciddi ziyan dəyməyib.

Amma Nəqliyyat Departamentinin əməkdaşı taksi sürücülərindən birini bərk vurub. Hətta yoldan keçən vətəndaşların taksi sürücülərini müdafiə etməsi açıq şəkildə hiss olunub. Yoldan keçənlər Departamentin əməkdaşlarına «Siz kimsiniz ki, taksi sürücülərinin sənədlərini əllərindən alıb qaçırsız» sualına qurum əməkdaşları «biz bu ölkənin ağalarıyıq, belə istəyirik, əgəb də edirik» cavabını veriblər.

Qeyd edək ki, eyni motivli davalar paytaxt Bakıda dəfələrlə təkrarlanıb. Hələlik isə bu problemi yoluna qoyan kimsə tapılmır. / bizimxeber /


Geri qayıt