Əsas Səhifə > Cəmiyyət > İCRA BAŞÇISI “QADAĞA OLMAYACAQ” DEDİ

İCRA BAŞÇISI “QADAĞA OLMAYACAQ” DEDİ


2-05-2012, 13:20
İCRA BAŞÇISI “QADAĞA OLMAYACAQ” DEDİ

SƏBAYEL ŞEFİNİN “AVROVİZİYA” İZAHATI

“Eurovision” mahnı müsabiqəsinin keçiriləcəyi Səbail rayonu ərazisində hər gün yeni işlər görülür, fantastik layihələr həyata keçirilir”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deyib. A. Əsgərov ölkəyə, o cümlədən Səbail rayonuna turist axınının artdığını vurğulayıb: “Turistlərin daha da artacağı gözlənilir”.

A. Əsgərov hüquq-mühafizə orqanlarının “Eurovision” mahnı müsabiqəsinin keçiriləcəyi ərazidə, o cümlədən Dövlət Bayrağı Meydanının ətrafında ciddi təhlükəsizlik tədbirləri gördüyünü söyləyib.

O, “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar avtomobillərin paytaxta girişinin məhdudlaşdırılacağı barədə fikir olmadığını bildirib.


Geri qayıt