Əsas Səhifə > Gündəm, Manşet > RÖVNƏQ ABDULLAYEV ÇƏTİN DURUMDA QALIB

RÖVNƏQ ABDULLAYEV ÇƏTİN DURUMDA QALIB


2-05-2012, 11:39
RÖVNƏQ ABDULLAYEV ÇƏTİN DURUMDA QALIB

ARDNŞ ŞEFİNƏ «BERTİ FOQTSLƏ YOLLARINI AYIR» TƏLƏBİ QOYULDU

DİA.AZ: - Son günlər rəsmi Berlinlə münasibətləri kritik həddə çatan Azərbaycan hakimiyyəti olduqca ilginc bir tələblə Dövlət Neft Şirkətinin prezidenti, AFFA-nın rəhbəri Rövnəq Abdullayevin qarşısında çıxış edib. Bu barədə məlumatı redaksiyamıza bilgili qaynaqlar çatdırıb.

Məlumatlı mənbə DİA.AZ-a açıqlamasında iddia edir ki, «yuxarılar» AFFA prezidentinin qarşısında «Berti Foqtsla yollarını ayır» şəklində tələbini irəli sürüblər. Bildirək ki, hazırda Azərbaycanın futbol üzrə milli yığma komandasına almaniyalı Berti Foqts məşqçilik edir və bu günlərdə onun adından mətbuatda birbaşa olaraq Azərbaycan dövlətini və Azərbaycan xalqını aşağılayan ifadələrin yer aldığı «memuar» da dərc olunmuşdu ki, sonradan almaniyalı məşqçi bu fikirlərin ona məxsus olmadığını bildirməklə hədəf olmaqdan yaındı və məsələ unutduruldu.

İndi isə Azərbaycan hakimiyyətinin Almaniya ilə münasibətləri gərgin nöqtədədir. Hətta Milli Məclisin tribunalarından belə almanlara qarşı çox ağır ifadələr işlədilir ki, buna səbəb də sözügedən ölkənin Bakıdakı səfirliyinin müxalifətlə, konkret olaraq Xalq Cəbhəsi Partiyasının rəhbərliyi ilə sıx təmaslarda bulunmasıdır. Hətta rəsmi mətbuatda belə Almaniyanın Azərbaycandakı səfirliyi, habelə davamlı olaraq YAP iqtidarını tənqid atəşinə tutan məşhur alman mətbuatı hədəfə alınmaqdadır.

Təbii ki, bütün bunların fonunda «Berti Foqtsun nə günahı var» sualı ətrafında düşünmək də olar. Amma hər zaman ən əcaib olanı bizdə baş verir - məntiqilə məsələlərə yanaşdıqda Rövnəq Abdullayev qarşısında belə bir tələbin qoyula biləcəyi də xeyli dərəcədə inandırıcı görünür.


Geri qayıt