Əsas Səhifə > Hadisə, Manşet > HAKİMİYYƏT MİTİNQLƏ BAĞLI XAHİŞ EDİB
HAKİMİYYƏT MİTİNQLƏ BAĞLI XAHİŞ EDİB1-05-2012, 16:03 |
MÜXALİFƏT İSƏ DİALOQ VƏ İSLAHATLAR TƏKLİF EDİR DİA.AZ: - Bir neçə gün əvvəl Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev İctimai Palataya müraciət edərək «Avroviziya2012» mahnı müsabiqəsi ərəfəsində aksiyaların ertələnməsi təklifi ilə çıxış edib. Qüdrət Həsənquliyev müraciətini onunla əsaslandırıb ki, bu, Azərbaycanın bir dövlət olaraq beynəlxalq nüfuzu üçün önəmli bir hadisədir. Onu da bildirək ki, müxalifət qüvvələrinin əsas cəmləşdiyi ünvan kimi diqqətə gələn İctimai Palata 6 may tarixinə də etiraz aksiyası təyin edib və hətta sözügedən qüvvələrin «Avroviziya» yarışması ərəfəsində Bakının mərkəzində icazəsiz etiraz aksiyalarının keçirilməsilə bağlı niyyətinin olduğu da söylənilir. Məhz bu məsələnin hakim düşərgədə böyük narahatçılıq yaratdığını bildirən hökumət içindəki məlumatlı mənbələr DİA.AZ-a bildiriblər ki, iqtidar cinahı müxalifəti fikrindən vaz keçməsi üçün yollar aramaqda və hətta müxalifətlə danışıqlar üçün nümayəndələr seçməkdədir. Onu da bildirək ki, bu arada İctimai Palatadan da hakimiyyətə dialoq təklifi edilib və bu barədə mətbuata verilən açıqlamada bildirilir ki, müxalif qüvvələr həm Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla və həm də Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görşümək niyyətindədir. Qeyri-rəsmi məlumatlara görə, müxalifətlə hakimiyyətin artıq məxfi danışıqları da start götürüb ki, bu işə də az əvvəl İctimai Palataya müraciət ünvanlayan BAXCP sədri Qüdrət Həsənquliyevin fəal surətdə iştirak etdiyi bildirilir. Mənbəmizin sözlərinə görə, baş tutan danışıqların bundan sonra da davamı olacaq: «Müxalifət əslində açıq dialoqun və eləcə də həbsdə saxlanılan silahdaşlarının azadlığını ilkin şərt kimi irəli sürüb və bundan əlavə, bir sıra islahatların da həyata keçirilməsini tələb edir. Hakimiyyət isə mitinqlərin ertələnməsində maraqlıdır və ona görə də, hələlik tərəflər bir-birilərinin diqqətinə yalnız öz mövqelərini çatdırıblar». Məlumatı verən qaynaq əlavə olaraq onu da bildirib ki, hələlik qeyri-rəsmi müstəvidə davam edən bu danışıqların aşkara çıxması da gözləniləndir. Artıq İctimai Palata buna zəmin yaradıb. Bakı merinə və Əli Həsənova edilən müraciət belə deməyə əsas yaradır. Geri qayıt |