Əsas Səhifə > Gündəm, Manşet > KƏRƏM HƏSƏNOV NAZİRİN SÖZÜNÜ YERƏ SALIB
KƏRƏM HƏSƏNOV NAZİRİN SÖZÜNÜ YERƏ SALIB12-10-2011, 12:22 |
ARTIQ MİSİR MƏRDANOVU KİMSƏ EŞİTMİR DİA.AZ: - Redaksiyamıza Əmlak Məsələləri üzrə Dövlət komitəsinin sədri Kərəm Həsənovla bağlı ilginc faktlar daxil olub. Belə ki, redaksiyamızı bilgiləndirən mötəbər qaynağın sözlərinə görə, Kərəm Həsənov bu günlərdə bir əmlak mübahisəsi ilə bağlı məsələdə təhsil naziri Misir Mərdanovun maraqlarını tapdalayıb. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) mötəbər mənbələrdən daxil olan məlumatda deyilir: «Bu günlərdə Misir Mərdanovun polis sistemində çalışan qardaşı Əli Mərdanovun Bakının mərkəzi hissəsində yerləşən və hazırda restoran kimi icarəyə verilmiş obyektinin özəlləşdirilməsi sənədlərində qanunsuzluq aşkarlanıb. Və həmin qanunsuzluqla bağlı obyektin sabihi Əli Mərdanova müraciət edilib». Mənbə bildirir ki, 2001-ci ildə həyata keçirilmiş özəlləşdirilmə zamanı sözügedən obyektin səhmdarları arasında olan şəxslərdən biri sonradan dünyasını dəyişdiyindən ona çatacaq hissə (12 faiz) Əli Mərdanov tərəfindən qanunsuz olaraq mənimsənilib: «Həmin vaxtı mərhumun yaxınlarının şikayətləri eşidilməyib və vərəsəlik qanunsuz olaraq Misir Mərdanovun qardaşına verilib. Mərhumun yaxınlarına isə pay çatmayıb». Mənbənin sözlərinə görə, bu yaxınlarda yenidən öz haqqlarının müdafiəsinə qalxan sözügedən şəxslər ƏMDK-yə müraciət ediblər və eyni zamanda korrupsiyaya qarşı mübarizə idarəsinə də şikayət ediblər: «İşə yenidən baxılıb və araşdırmalar zamanı əsl həqiqət üzə çıxıb. ƏMDK tərəfindən Əli Mərdanovun qanunsuz olaraq ələ keçirdiyi pay alınaraq mərhumun yaxınlarına verilib. Və bu zaman işə təhsil naziri qarışası olub». Mənbə bildirir ki, Misir Mərdanov Kərəm Həsənovdan məsələ ilə bağlı yardım istəsə də xeyri olmayıb: «TN şefi hətta mərhumun yaxınlarına həmin hissənin müqabilində pul da təklif edib. Amma ƏMDK onların razılaşmadığını gördükdə Əli Mərdanova cərimə də kəsib. Yəni bu vaxta qədər əldə edilmiş gəlirin 12 faizi mərhumun yaxınlarına ödənməlidir. Misir Mərdanovun sözü isə yerə salınıb». Artıq Misir Mərdanovun sözünün bir çox ünvanlarda keçərsiz olduğunu bildirən mənbəmiz onu da vurğuladı ki, əslində bütün bunlar TN-də son olaraq baş verən olaylarla bağlıdır. Yəni Misir Mərdanova olan etimad yükünün azalması, onun görəvdən alınacağı günün o qədər də uzaq olmaması nazirin sözünün kəsərinə də təsir edib. DİA.AZ - Ramiz Təhməzov Geri qayıt |