Əsas Səhifə > Siyasət, Manşet > AZƏRBAYCAN HAKİMİYYƏTİ KAFİR ELAN EDİLDİ

AZƏRBAYCAN HAKİMİYYƏTİ KAFİR ELAN EDİLDİ


1-05-2012, 12:03
AZƏRBAYCAN HAKİMİYYƏTİ KAFİR ELAN EDİLDİ

FARS-MOLLA REJİMİ İNDİ DƏ AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ ALƏTƏ ÇEVİRİB

DİA.AZ: - Rəsmi Tehran «Avroviziya-2012» mahnı yarışması yaxınlaşdıqca ölkəmiz əleyhinə təxribat xarakterli məlumatlanının sayını daha da intensivləşdirir. Xatırladaq ki, fars-molla hakimiyyətinin üzdə Azərbaycanı özünə dost elan etməsinə baxmayaraq, hələ də əllərindəki təbliğat imkanlarından yararlanaraq Azərbaycan dövlətini və Azərbaycanı idarə edən qüvvələri aşağılamaqla məşğuldurlar. Və bu zaman sanki elə düşünürlər ki, Azərbaycan hakimiyyəti «vurmaqla» ölkə daxilində dəstək qazanmış olacaqlar.

Hər halda, Azərbaycan xalqı İranın bu çirkin niyyətinə uyacaq qədərində savadsız deyil. Çünki İranın əsl siması bu ölkəin həm içində yaşayan sayları 40 milyona yaxın olan Azərbaycan türklərinə olan münasibətindən və həm də müstəqil Azərbaycan dövlətinə qarşı yürütdüyü düşmənçilik siyasətindən də açıq-aydın duyulmaqdadır.

DİA.AZ bildirir ki, dünənə qədər ayrı-ayrı imamlarının dili ilə üzərimizə yeriyən molla mətbuatı indi də Güney Azərbaycan şəhərlərinin türk tələbələrinin adından ölkəmiz əleyhinə bir bəyanatı yayımlayıb. Bəyanatın mətnindən və ruhundan da duyulur ki, əslində bu, Azərbaycan əleyhinə işlənmiş növbəti provokasiyadır. Çünki həmin İran dövlətidir ki, gündə bir azərbaycanlı tələbəni dar ağacına yollayır - o səbəbə görə ki, həmin mühakimə olunmuş soydaşımız ən ibtidai milli haqqlarını tələb edib.

Beləliklə «AranNews» xəbər portalında yer almış növbəti təxribat materialını olduğunu kimi diqqətinizə çatdırırıq:

«Təbriz, Səhənd, Urmiya, Ərdəbil, Zəncan Universitetləri Tələbələrinin İslami Cəmiyyəti birgə bəyanat verərək, Azərbaycan Respublikası dövlətinin islamofobiya hərəkətlərinə nifrət etdiklərini bildirməklə yanaşı, təkid etdilər: Azərbaycan Respublikasının müsəlman şiə xalqı heç bir zaman İslamdan ayrılmaz.

Bəyanatda gəlib: "Biz Şərqi Azərbaycan əyalətinin tələbələri Azərbaycan Respublikasının sekülar rejiminin həmdillərimizə etdiyi zülmlərə nifrət etdiyimizi bildirir və bu ölkənin kafir başçılarına deyirik ki, bu hərəkətlərinizlə çox çəkməz ki, siz də Məhəmməd Rza şah Pəhləvi, bin Əli və Mübarəkin aqibətinə düçar olarsınız".

Bəyanat, AR-da keçiriləcək "Eurovision" müsabiqəsi və dövlətin ölkənin müsəlman xalqına etdiyi həddini aşmış zülmlərə işarə edərək, bildirir: "Azərbaycanlılar, məsum imamlara (ə) sevgini özləri üçün iftixar bilirlər".

Həmçinin, bəyanatda deyilir: "AR-ın sekülar rejimi ötən il Tasua və Aşura mərasimlərinin keçirilməsinə mane oldu və rejim bu ölkədə şiə məzhəbi mərasimlərinin qarşısını almaqla dünya əhalisinə göstərmək istəyir ki, guya Azərbaycan xalqı dindən uzaqlaşıb. Amma Azərbaycan xalqı qeyrətli xalq olub və həmişə zülm və sitəm qarşısında müqavimət göstərib və göstərəcək".

Bəyanatda artırılır: "Hələ başlamamış "Eurovision" müsabiqəsi zülm və sitəmlə yanaşıdır və bir dəstə öz ev-eşiklərini zorla tərk etməyə məcbur olub".

Ölkənin Şimal-qərb Universitetləri Tələbələrinin Cəmiyyətinin bəyanatında vurğulanır: "Azərbaycan Respublikasının qeyrətli xalqı Bəhreyn və digər islami ölkələrdən nümunə götürmək və həzrət Seyyiduş-şühəda (ə) məktəbini izləməklə bu hörmətsizliklərin davam etməsinə icazə verməzlər"».


Geri qayıt