Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: VAHİD ƏHMƏDOVUN ADI QUBA İŞİNDƏ

ŞOK: VAHİD ƏHMƏDOVUN ADI QUBA İŞİNDƏ


1-05-2012, 11:44
ŞOK: VAHİD ƏHMƏDOVUN ADI QUBA İŞİNDƏ

DEPUTATIN HADİSƏLƏRİN QIZIŞDIRILMASINDA MARAĞI VAR İMİŞ?

DİA.AZ: - Qubada baş verən 1 mart olaylarının üstündən iki aylıq müddətin keçməsinə baxmayaraq, hələ də sözügedən olaylar ictimaiyyətə tam təfərrüatı ilə bəlli deyil. Kifayət qədər qaranlıq məqamlar var və yetərincə şübhələr mövcuddur ki, bütün bunlar da yalnız və yalnız bir məsələni sübutlamaqdadır: İcra başçısı Rauf Həbibovun devrilməsi ilə sonuclanan Quba hadisələrində narazı sakinlər yalnız vasitə rolunu oynayıb, bu hadisələrin planını cızan və onu yönəldənlər olub.

Elə DİA.AZ redaksiyasının əldə etdiyi son məlumatlar da təsdiqləyiri ki, əslində mart tarixində Qubada hakimiyyətiçi güc mərkəzləri bir-birilərinə əzələ nümayiş etdirdilər. Bu səbəbdən də bir sıra analitiklər haqlı olaraq həmin olayları mini iqtidariçi çəkişmə kimi təqdim etməkdədirlər. Yəni proqnozlaşdırılır ki, belə bir çəkişmənin miqyası ümumrespublika səviyyəsinə qədər inkeişaf edərsə, o zaman daha ağır fəsadlara gətirib çıxara bilər.

Məlumatlı mənbə redaksiyamızı ötürdüyü xəbərində vurğulayır ki, əslində Qubada baş verən proseslərdə sözügedən ərazini Milli Məclisdə təmsil edən Vahid Əhmədovun da müəyyən qədər iştirakı olub. Doğrudur, Vahid Əhmədov Qubaya rəsmi Bakının yolladığı «sülh missiyasının» tərkibində yer almışdı. Amma buna rəğmən onunla bağlı çox ciddi şübhələr var.

Mənbəmiz hətta iddia edir ki, adı bu işdə hallandırılan millət vəkilini hazırda Quba işini araşdıran istintaqçılar da dindirməyə hazırlaşırlar: «Hələlik bu barədə yekun qərar verilməyib. Amma «yuxarıların» razılığı verilərsə, belə bir addım da atılacaq. Çünki əksər ipucular deputatın üzərinə köklənir».

Onu da bildirək ki, əldə etdiyimiz bu məlumatla bağlı bütün adları çəkilən şəxslərin mövqeyini öyrənməyə hazırıq.


Geri qayıt