Əsas Səhifə > Siyasət, Manşet > ASTARADA ÜSYAN ÇAĞIRIŞLARI

ASTARADA ÜSYAN ÇAĞIRIŞLARI


30-04-2012, 11:41
ASTARADA ÜSYAN ÇAĞIRIŞLARI

ŞƏHƏRDƏ DİVARLARA, YOL KƏNARLARINA İNQİLABİ ŞÜARLAR YAZILIB

DİA.AZ: - Artıq Azərbaycanın ayrı-ayrı bölgələrində artan xalq narazılıqları geniş vüsət almaqdadır. Bu dəfə belə bir xəbər Astaradan gəldi. DİA.AZ redaksiyasına verilən məlumatlardan aydın olur ki, dünən gecədən etibarən rayon mərkəzinin ayrı-ayrı ünvanlarında divarlara və yol kənarlarına siyasi şüarlar yazılaraq hazırki iqtidarın istefası tələb olunub.

Məlumatlarda bildirilir ki, Astaranın mərkəzi küçələrində - Heydər Əliyev prospektində yazılmış «Vicdan məhbuslarına azadlıq», «İstefa», «Ya Qarabağ, Ya Ölüm» şüarlarını yerli rəhbərlik silməklə məşğuldur.

Məlumatı verən mənbə onu da bildirdi ki, artıq bu çağırışları divara həkk edən müxalif «rəssam» yerli hüquq-mühafizə orqanları tərəfindən axtarılır. Xatırladaq ki, anoloji hadisə keçən il Gədəbəy rayonunda da baş vermişdi ki, sonradan bu işlə əlaqədar rayonunun müxalifyönümlü rəsm müəllimlərindən biri sözügedən işlə əlaqədar həbs edilmişdi.


Geri qayıt