Əsas Səhifə > Hadisə, Manşet > YUNUS OĞUZ TQDK SƏDRİNƏ QARŞI

YUNUS OĞUZ TQDK SƏDRİNƏ QARŞI


28-04-2012, 20:00
YUNUS OĞUZ TQDK SƏDRİNƏ QARŞI

“OLAYLAR” QƏZETİ İKİ GÜNDÜR TƏHSİL NAZİRİNİN KEŞİYİNDƏ DAYANIB

DİA.AZ: - Yunus Oğuzun rəhbərlik etdiyi «Olaylar» qəzeti və eyni adlı informasiya agentliyi iki gündür ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəni hədəfə götürüb. Təbii ki, qəzetin və agentliyin belə bir addımı atması heç də təsadüflərin quyruğuna bağlana bilməz.

Bu barədə DİA.AZ-ı məlumatlandıran mənbə idda edir ki, əslində «Olaylar»da dərc edilən və «araşdırma» kimi təqdim olunan həmin materiallar əslində təhsil nazirliyində və birbaşa olaraq nazir Misir Mərdanovun nəzrəti altında hazırlanıb. Yəni bu yolla Misir Mərdanov da öz aləmində Məleykə Abbaszadəyə cavab vermiş olur.

Hətta bu halda belə, nazirin çabaları əbəsdir. Çünki qatar çoxdan gedib və artıq TQDK Misir Mərdanovun bütün gəlir sahələrinin bir-birinin ardından nəzarəti altına almaqdadır. Ən sonuncu zərbə isə prezidentin orta məktəblərdə buraxılış imtahanlarını təhsil nazirliyindən alaraq TQDK-nın ixtiyarına verməsi ilə vurulmuş oldu.

Lakin burada bir maraqlı məqam var. Nədən Yunus Oğuz və onun qəzetləri? Hər halda, bir zamanlar Xalq Partiyasına sədrlik, Vəhdət Partiyasına həmsədrlik etmiş Yunus bəyin Misir Mərdanovla Məleykə Abbaszadənin arasındakı konfliktə bir tərəf olaraq qatılması və bu zaman hətta özünə nazirin səngərində yer etməsi sıradan bir olay deyil.

Məlumat üçün bildirək ki, Yunus Oğuzun qəzeti və agentliyi Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovdan qidalanır. Hər halda, ruslar demişkən bu bilgimiz «informasiya dlya razmışleniya» qədərində əhəmiyyətlidir…


Geri qayıt