Əsas Səhifə > Gündəm, Manşet > MTN-NİN ƏMƏKDAŞINDAN İLGİNC ADDIM!!!

MTN-NİN ƏMƏKDAŞINDAN İLGİNC ADDIM!!!


28-04-2012, 13:17
MTN-NİN ƏMƏKDAŞINDAN İLGİNC ADDIM!!!

LÖKBATANDAKI «KARVANSARAY»IN SAHİBİ BAŞ VERƏNLƏRDƏN ŞOKA DÜŞÜB

DİA.AZ: - Bu günlərdə DİA.AZ-a məlumat verən mənbə MTN-ə yönəlik yeni iddia ilə çxış edib. Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, bir neçə gün bundan öncə MTN-nin yüksək vəzifədə təmsil olunan əməkdaşlarından biri Lökbatandakı «Karvansaray» ticarət mərkəzinin sahibi Nizami Quliyevi yanına çağıraraq adıçəkilən alış-veriş mərkəzinin 30%-i üzərinə əl qoyduğunu bildirib.

Sahibkarın baş verənlər qarşısında şoka düşdüyünü bildirən mənbə, iş adamının hələ də öz qanuni mülkünün aşıq-aşkar əlindən əlinmasını dərk etməkdə çətinlik çəkdiyini söyləyir: «Məlum görüşdən sonra sözün həqiqi mənasında şoka düşən sahibkar qanunun aliliyini qorumalı olan dövlət məmuru tərəfindən ona məxsus olan bir obyektin qanunsuz olaraq ondan necə alındığını anlamış deyil. Uzun müddət min bir əziyyətlə tikib başa gətirdiyi obyektin 30 faizindən bir an içində məhrum olan sahibkar başa düşə bilmir ki, özü qanun keçiyində dayanmalı olan bir insan bu qədər böyük qanunsuzluğu necə həyata keçirə bilər?».

Mənbə sahibkarın MTN əməkdaşına əsla güzəştə getmək fikrində olmadığını və baş verənlərlə bağlı ölkə başçısından tutmuş xarici ölklərin Azərbaycandakı diplomatik nümayəndəliklərinə qədər bütün qurumlara müraciət edəcəyini vurğuladı: Hazırda öz qanuni haqlarını qorumaq üçün fəaliyyətə başlayan sahiblar ictimaiyyəti üzləşdiyi problemdən xəbərdar etmək, özünün və ailəsinin təhlükəsizliyini təmin etmək üçün mətbuat konfransı təşkil edərən qarşılaşdığı problemi KİV əməkdaşları ilə bölüşməyi planlaşdırır. Sahibkar hesab edir ki, bununla yalnız sözügedən məmuru ifşa etməyəcək, həm də öz təhlükəsizliyini təmin etmiş olacaqdır. Bundan başqa, ölkə başçısı, xarici dövlətlərin Azərbaycandakı səfirlikləri və beynəlxalq təşkilatların Bakıdakı təmsilçiliklərinə də müraciət etməyə hazırlaşan sahibkarın öz mülk və hüquqlarını müdafiə etmək üçün digər başqa vasitələrə də əl atacağı gözlənilir».

P. S. Məsələ ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.


Geri qayıt